Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1861/2022 03.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" QSC iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Kredit müqaviləsinin ləğv edilməsi, 1470 (bir min dörd yüz yetmiş) AZN əsas kredit borcu, 50.61 (əlli manat altmış bir qəpik) AZN cərimə olmaqla, cəmi 1520.61 (bir min beş yüz iyirmi manat altmış bir qəpik) AZN, həmçinin 35.20 (otuz beş manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi və girov müqaviləsinin müvafiq əlavəsində qeyd edilmiş Əmlaka (Zara Yataq dəsti) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdehin İddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 20-2c1i il tarixli EQU268-0061-21 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, 2022 (iki min iyirmi iki) AZN məbləğində kredit verilmişdir. 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı qismində 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Girov müqavilənin bağlanılmış və həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq əlavədə qeyd edilmiş əmlak (Zara Yataq dəsti) iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 02 iyun 2022-ci il tarixinə 1470 (bir min dörd yüz yetmiş) AZN əsas kredit borcu, 50.61 (əlli manat altmış bir qəpik) AZN cərimə olmaqla, cəmi 1520.61 (bir min beş yüz iyirmi manat altmış bir qəpik) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, BOKT "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, 2022 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən “Zara Yataq” dəsti iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 06 oktyabr 2021-ci il tarixli EQU-268- 0061-21 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1470 (bir min dörd yüz yetmiş) AZN əsas kredit borcu, 50.61 (əlli manat altmış bir qəpik) AZN cərimə olmaqla, cəmi 1520.61 (bir min beş yüz iyirmi manat altmış bir qəpik) AZN təşkil edir. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Girov müqavilənə əlavə “Daşınar Əmlakın Qiymətləndirilməsi Aktın”dan görünür ki, Cavabdeh tərəfindən iddiaçının xeyrinə girov ilə yüklü edilmiş “Zara Yataq” dəsti 2022 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 5 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Kredit müqaviləsinin ləğv edilməli, cavabdeh ilə iddiaçı arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə 1470 manat əsas kredit borcu, 5 manat cərimə olmaqla, cəmi 1475 manat, həmçinin 35.20 manat ödənilmiş dövlət rüsumu tutulmalı, borc ödənilmədikdə tələb BOKT "xxxx" QSC qarşısında girov qoyulmuş, Cavabdeh məxsus əmlaka yəni, “Zara Yataq” dəstinə yönəldilməli, “Zara Yataq” dəstinin ilkin satış qiyməti 2022 manat məbləğində müəyyən edilməli, “Zara Yataq” dəsti hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli EQU-268-0061-21 saylı Kredit müqaviləsinin ləğv edilsin, Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə 1470 manat əsas kredit borcu, 5 manat cərimə olmaqla, cəmi 1475 manat, həmçinin 35.20 manat ödənilmiş dövlət rüsumu tutulsun, “borc ödənilmədikdə tələb BOKT "xxxx" QSC qarşısında girov qoyulmuş, Cavabdeh məxsus əmlaka yəni, “Zara Yataq” dəstinə yönəldilsin, Zara Yataq” dəstinin ilkin satış qiyməti 2022 manat məbləğində müəyyən edilsin, “Zara Yataq” dəsti hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1861/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1861/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver