Məhkəmə qərarları › İş №e-2(027)-1863/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1863/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1863/2022 13.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, İddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə dəyən maddi ziyana görə 15850 manat məbləğində pulun və 140 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus “Renault Dustar” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə, saat 12:50 radələrində Quba-Qusar yolu ilə üzü Qusar istiqamətinə hərəkət edən zaman cavabdeh X4 idarə etdiyi “VAZ 21010” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dönmə işığından istifadə etmədən qəflətən rayonun “Alpan” kəndi istiqamətinə dönərək iddiaçının idarə etdiyi avtomobilin hərəkət istiqamətinə çıxmış və iddiaçının avtomobilinin sağ krılosu cavabdehin avtomobilinin sol krılosu ilə toqquşmuş, toqquşma nəticəsində iddiaçının avtomobili hərəkətini itirərək yoldan çıxıb dərəyə düşmüşdür. Toqquşma zamanı iddiaçının idarə etdiyi avtomobilində tək olmuş, heç bir bədən xəsarəti almamış, lakin hadisə nəticəsində avtomobilinə xeyli maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi ziyan barəsində "xxxx" servis xidməti tərəfindən xx.xx.2022-ci il tarixli qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktından göründüyü kimi yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Renault Dustar” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş detalların təmiri ümumilikdə 15850 manat məbləğ təşkil edir. Yol nəqliyyat hadisəsi baş verən zaman cavabdeh X1 alınmış izahatdan da, aydın olur ki, o, törətdiyi xətanı etiraf etmişdir. Lakin, baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçı cavabdehə avtomobilinin hadisə nəticəsində zədələnmiş detallarının təmiri üçün dəfələrlə müraciət etmiş, lakin cavabdeh buna heç bir məhəl qoymamış və iddiaçı həmin müraciətlərin heç bir nəticə verməyəcəyini güman etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək, həmin yol nəqliyyat hadisəsinin iddiaçının xətası nəticəsində baş verdiyini, ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Renault Dustar” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yolnəqliyyat hadisəsi zamanı ümumilikdə 15850 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, “Renault Dustar” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının sahibliyindədir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* saylı protokolun, TP4978675 saylı elektron qərarın və tərtib edilmiş hadisə yerinin sxeminin surətindən görünür ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdeh X2 təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, cavabdeh X1 İddiaçı sahibliyində olan “Renault Dustar” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 15850 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 140 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı sahibliyində olan “Renault Dustar” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 15850 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 140 manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar