Məhkəmə qərarları › İş №e-2(027)-188/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-188/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-188/2023 17.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, APPLE WATCH üçün 1258.98 (min iki yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 125.02 (yüz iyirmi beş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********34838 olan SAMSUNG GALAXY A21S markalı telefon üçün 373.3 (üç yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 37.7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə, ümumilikdə 1795 manat borc və 37.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, APPLE WATCH və İMEİ kodu **********34838 olan SAMSUNG GALAXY A21S markalı telefon üçün 1795 (min yeddi yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1433.98 (min dörd yüz otuz üç manat doxsan səkkiz qəpik) manat (18 ay x 74.11 manat + 100 manat ilkin ödəniş) olan APPLE WATCH üçün ümumilikdə 1384 (min üç yüz səksən dörd) manat olmaqla ondan 1258.98 (min iki yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 125.02 (yüz iyirmi beş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.2 (dörd yüz qırx səkkiz manat iyirmi qəpik) manat (18 ay x 24.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********34838 olan SAMSUNG GALAXYA21S markalı telefon üçün ümumilikdə 411 (dörd yüz on bir) manat olmaqla ondan 373.3 (üç yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 249.9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmdan baxmağı xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, APPLE WATCH və İMEİ kodu **********34838 olan SAMSUNG GALAXY A21S markalı telefon üçün 1795 (min yeddi yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1433.98 (min dörd yüz otuz üç manat doxsan səkkiz qəpik) manat (18 ay x 74.11 manat + 100 manat ilkin ödəniş) olan APPLE WATCH üçün ümumilikdə 1384 (min üç yüz səksən dörd) manat olmaqla ondan 1258.98 (min iki yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 125.02 (yüz iyirmi beş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.2 (dörd yüz qırx səkkiz manat iyirmi qəpik) manat (18 ay x 24.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********34838 olan SAMSUNG GALAXYA21S markalı telefon üçün ümumilikdə 411 (dörd yüz on bir) manat olmaqla ondan 373.3 (üç yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 249.9 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 1384 manat və xx.xx.2021-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 411 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh APPLE WATCH və İMEİ kodu **********34838 olan SAMSUNG GALAXY A21S markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən APPLE WATCH və İMEİ kodu **********34838 olan SAMSUNG GALAXY A21S markalı telefonu tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 37,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi borca dair arayışa əsasən cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 575 manat, cərimə borcu kimi 172 manat olmaqla, ümumilikdə 747 manat pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddələrinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh müdddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1258.98 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 373.3 manat məbləğində əsas borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və cərimənin məbləğini məhkəmə borcluya xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 manat və xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1258.98 (min iki yüz əlli səkkiz manat 98 qəpik) manat əsas, 3 (üç) manat cərimə borcu cəmi və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 373.3 manat əsas, 2 (iki) manat cərimə borcu və 37,95 (otuz yeddi manat 95 qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar