Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1899/2022 11.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********93277 X2 8 Pro markalı telefon, X1, SanDisk Flashkart üçün 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon üçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə olmaqla ümumilikdə 600 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********93277 X2 8 Pro markalı telefon, X1, X3, İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon almış və nəticədə 600 (altı yüz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1080 (min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş İmei Kodu **********93277 X2 8 Pro markalı telefon, X1, SanDisk Fləşkartüçün ümumilikdə, 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan, 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 (iyirmi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 523.8 (beş yüz iyirmi üç, səksən qəp) manat (18 ay x 29.1 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə, 371 (üç yüz yetmiş bir) manat olmaqla ondan, 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 (otuz üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1056.8 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********93277 X2 8 Pro markalı telefon, X1, X3, İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon almış və nəticədə 600 (altı yüz) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1080 (min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş İmei Kodu **********93277 X2 8 Pro markalı telefon, X1, SanDisk Fləşkartüçün ümumilikdə, 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan, 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 (iyirmi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 523.8 (beş yüz iyirmi üç, səksən qəp) manat (18 ay x 29.1 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə, 371 (üç yüz yetmiş bir) manat olmaqla ondan, 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 (otuz üç) manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələri üzrə 600 (altı yüz) manat borc qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh **********93277 X2 8 Pro markalı telefon, X1, SanDisk Flashkart və İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********93277 X2 8 Pro markalı telefon, X1, SanDisk Flashkart və İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 395 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 374 manat məbləğində ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********93277 X2 8 Pro markalı telefon, X1, SanDisk Flashkart üçün 209 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********89269 Samsung Galaxy A11 markalı telefon üçün 338 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu olmaqla, cəmi 552 manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1899/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1899/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver