Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-190/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 26 Noyabr 2019-cu il tarixli 488/1 saylı kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 2393 (iki min üç yüz doxsan üç manat) manat, əsas məbləğə hesablanmış faiz borcu 12.58 (on iki manat əlli səkkiz qəpik) manat, dəbbə pulu 249.64 (iki yüz qırx doqquz manat altımış dörd qəpik) manat olmaqla, ümumilikdə 2655.22 (iki min altı yüz əlli beş manat iyirmi iki qəpik) manat məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 46.56 (qırx altı manat əlli altı qəpik) manat dövlət rüsumu borclu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC-nin Quba filialı ilə borcalan Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 26 Noyabr 2019-cu il tarixli 488/1 saylı kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən şəxsi biznesin inkişafı üçün 2393 (iki min üç yüz doxsan üç) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 1% faiz olmaqla, 60 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit (Restrukturizasiya) müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 50.88 (əlli manat səksən səkkiz qəpik) manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit (Restrukturizasiya) Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış,onunla dəfələrlə görüşlərin keçirilməsinə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən və poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, Cavabdeh məhkəmə iclası barədə lazımı qaydada xəbərdarlıq edilmiş lakin, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, PSG FİNANS” BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 26 noyabr 2019-cu il tarixli 488/1 saylı kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən şəxsi biznesin inkişafı üçün 2393 (iki min üç yüz doxsan üç) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 1% faiz olmaqla, 60 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit (Restrukturizasiya) müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 50.88 (əlli manat səksən səkkiz qəpik) manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 2393 manat, faiz borcu kimi 12.58 manat və dəbbə pulu kimi 249.64 manat olmaqla, ümumilikdə 2655.22 manat pul öhdəliyi vardır. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 488/1 saylı kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməli, Cavabdeh 26 Noyabr 2019-cu il tarixli 488/1 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 2393 manat məbləğində əsas və 12.58 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış dəbbə pulunu 20 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48.29 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 488/1 saylı kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilsin. Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 26 Noyabr 2019-cu il tarixli 488/1 saylı kredit müqaviləsinə əsasən 2393 (iki min üç yüz doxsan üç) manat əsas borc, 12.58 (on iki manat əlli səkkiz qəpik) manat hesablanmış faiz borcu, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 2425,58 (iki min dörd yüz iyirmi beş manat əlli səkkiz qəpik) manat kredit borcu və 46,56 (qırx altı manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-190/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-190/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver