Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-190/2025 25.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 kreditin əsas borcu üzrə 4686,84 manat məbləğində qalıq, ona hesablanmış 1166,52 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 575 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6428,36 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 84,29 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 2.4001 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 24.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin kreditin əsas borcu üzrə 4686,84 manat məbləğində qalıq, ona hesablanmış 1166,52 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 575 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6428,36 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 84,29 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilsin. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasındakı mübahisənin məhkəmədənkənar qaydada həll edilməsilə bağlı razılıq əldə olunduğuna görə, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı BOKT ASC -nə geri qaytarılsın. Qərardad iş üzrə ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun (AsanPay vasitəsilə ödənilmiş, təyinatı: Quba Rayon Məhkəməsi, mədaxil qəbzinin nömrəsi: **********, ödəniş tarixi: xx.xx.2024, İddiaçı BOKT ASC-yə geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-190/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-190/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver