Məhkəmə qərarları › İş №e-2(027)-1904/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1904/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1904/2024 15.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 ilə, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsilə müraciət edərək 14 fevral 2020-ci il tarixli ***-*******LK140220-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1322.85 (bir min üç yüz iyirmi iki manat 85 qəpik) manat məbləğində borcunbundan 826.03 (səkkiz yüz iyirmi altı manat 03 qəpik) manat əsas, 397.27 (üç yüz doxsan yeddi manat 27 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 99.55 (doxsan doqquz manat 55 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 33.23 (otuz üç manat 23 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov qoyulmuş ümumi çəkisi 11.51 qram olan 750 əyarlı 3 ədəd üzüyə (bir qaş yoxdur), ümumi çəkisi 2.42 qram olan 583 əyarlı boyunbağı və klona (qırıq), ümumi şəkisi 6.16 qram olan (daşın çəkisi 1.16 qram) 583 əyarlı 1 ədəd üzüyə yönəldilməsi, - həmin qızıl və zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, həmin məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli ***-*******LK140220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 910 (doqquz yüz on) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeharasında 14 fevral 2020-ci il tarixli ***-*******LK140220-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 14 fevral 2020-ci il tarixli ******* nömrəli Qiymətləndirmə və təhvil-təslim aktına əsasən cavabdehə məxsus ümumi çəkisi 11.51 qram olan 750 əyarlı 3 ədəd üzük, ümumi çəkisi 2.42 qram olan 583 əyarlı boyunbağı və klon, ümumi şəkisi 6.16 qram olan (daşın çəkisi 1.16 qram) 583 əyarlı 1 ədəd üzük banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh 14 fevral 2020-ci il tarixli ***- *******LK140220-01 nömrəli kredit müqaviləsi üzrə 19 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 1322.85 (bir min üç yüz iyirmi iki manat 85 qəpik) manat borcu vardır. Bundan 826.03 (səkkiz yüz iyirmi altı manat 03 qəpik) manat əsas, 397.27 (üç yüz doxsan yeddi manat 27 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, və 99.55 (doxsan doqquz manat 55 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İddiaçı «İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu-nin nümayəndəsi iş çoxluğu səbəbindən iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materialını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia əsaslı olmaqla təmin olunmalıdır. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli 2231 saylı “Bank hesabı və kredit Müqaviləsi”ndən görünür ki, Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli ***-*******LK140220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 910 (doqquz yüz on) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Girov müqaviləsi”ndən göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeharasında 14 fevral 2020-ci il tarixli ***-*******LK140220-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 14 fevral 2020-ci il tarixli ******* nömrəli Qiymətləndirmə və təhvil-təslim aktına əsasən cavabdehə məxsus ümumi çəkisi 11.51 qram olan 750 əyarlı 3 ədəd üzük, ümumi çəkisi 2.42 qram olan 583 əyarlı boyunbağı və klon, ümumi şəkisi 6.16 qram olan (daşın çəkisi 1.16 qram) 583 əyarlı 1 ədəd üzük banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, fevral 2020-ci il tarixli ***-*******LK140220-01 nömrəli kredit müqaviləsi üzrə 19 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 1322.85 (bir min üç yüz iyirmi iki manat 85 qəpik) manat borcu vardır. Bundan 826.03 (səkkiz yüz iyirmi altı manat 03 qəpik) manat əsas, 397.27 (üç yüz doxsan yeddi manat 27 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, və 99.55 (doxsan doqquz manat 55 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsilə bağlı 33 (otuz üç) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq və mübahisələrin məhkəməyə qədər həll olunması məqsədilə pretenziya məktublarından görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 14 fevral 2020-ci il tarixli müqavilə əssında Cavabdeh iddiaçı tərəfindən borc verilmiş və müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə qızıl əşyaları girov qoyulmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsi üzə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun maliyyə arayışına əsasən, 1322.85 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti həmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, müvafiq kredit müqavilələri üzrə iddiaçı tərəfindən öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da onun iddiaçı qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi girov müqaviləsi ilə təmin olunmuşdur. Məhkəmə iddia tələbinin tutmanın girov predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmçinin, müvafiq girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, girov predmetinin tərəflərin razılığına əsasən 1422.79 manat məbləğində müəyyən edilməsi nəzərə alaraq ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 32.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumun tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 826.03 (səkkiz yüz iyirmi altı manat 03 qəpik) manat əsas, 397.27 (üç yüz doxsan yeddi manat 27 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 99.55 (doxsan doqquz manat 55 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 33.23 (otuz üç manat 23 qəpik) manat dövlət rüsumunun, cəmi 1322 (min üç yüz iyirmi iki manat 85 (səksən beş) qəpik tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Cavabdeh məxsus girov predmeti olan ümumi çəkisi 11.51 qram olan 750 əyarlı 3 ədəd üzük, ümumi çəkisi 2.42 qram olan 583 əyarlı boyunbağı və klon, ümumi şəkisi 6.16 qram olan (daşın çəkisi 1.16 qram) 583 əyarlı 1 ədəd üzük ilkin satış qiyməti 1422 (min dörd yüz iyirmi iki) manat 79 (yetmiş doqquz) qəpik müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsaitdən 1322 (min üç yüz iyirmi iki) manat 85 (səksən beş) qəpik İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Satışdan əldə olunan vəsait «İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu-un tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar