Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1910/2022 19.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 274497-1-33197 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 1368,65 (bir min üç yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində əsas borc, 107,36 (bir yüz yeddi manat otuz altı qəpik) məbləğində faiz borcu, 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1483,51 (bir min dörd yüz səksən üç manat əlli bir qəpik) manat pulun, xx.xx.2021-ci il tarixli 274497-1- 33351/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 1870,41 (bir min səkkiz yüz yetmiş manat qırx bir qəpik) manat məbləğində əsas borc, 155,45 (bir yüz əlli beş manat qırx beş qəpik) məbləğində faiz borcu, 94,10 (doxsan dörd manat on qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 2119,96 (iki min bir yüz on doqquz manat doxsan altı qəpik) manat pulun və ödənilmiş 56,03 (əlli altı manat üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 274497-1-33197 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 274497-1-33351 saylı “kredit xətti müqaviləsi”nə əsasən sonuncuya istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 28 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2.000 manat məbləğində kredit xətti açılmışdır. Bank ilə Cavabdeh arasında bağlanmış 274497-1-33351 saylı kredit xətti müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh Banka xx.xx.2021-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 1.948,19 faiz hesablanması şərti ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs xx.xx.2020-ci il tarixli 274497-1-33197 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1368,65 (bir min üç yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində əsas borc, 107,36 (bir yüz yeddi manat otuz altı qəpik) məbləğində faiz borcu, 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1483,51 (bir min dörd yüz səksən üç manat əlli bir qəpik) manat pulun, xx.xx.2021-ci il tarixli 274497-1-33351/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 1870,41 (bir min səkkiz yüz yetmiş manat qırx bir qəpik) manat məbləğində əsas borc, 155,45 (bir yüz əlli beş manat qırx beş qəpik) məbləğində faiz borcu, 94,10 (doxsan dörd manat on qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 2119,96 (iki min bir yüz on doqquz manat doxsan altı qəpik) manat borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 274497-1-33197 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir; Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 274497-1-33351 saylı “kredit xətti müqaviləsi”nə əsasən sonuncuya istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 28 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2020-ci il tarixli 274497-1- 33197 saylı “nağd pul krediti müqaviləsi” üzrə 1368,65 (bir min üç yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində əsas borc, 107,36 (bir yüz yeddi manat otuz altı qəpik) məbləğində faiz borcu, 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1483,51 (bir min dörd yüz səksən üç manat əlli bir qəpik) manat pulun, xx.xx.2021-ci il tarixli 274497-1-33351/1 saylı kredit müqaviləsi üzrə 1870,41 (bir min səkkiz yüz yetmiş manat qırx bir qəpik) manat məbləğində əsas borc, 155,45 (bir yüz əlli beş manat qırx beş qəpik) məbləğində faiz borcu, 94,10 (doxsan dörd manat on qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 2119,96 (iki min bir yüz on doqquz manat doxsan altı qəpik) manat borcu yaranmışdır; xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 56,03 (əlli altı manat üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu bankdan kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 56,03 (əlli altı manat üç qəpik) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 274497-1-33197 saylı kredit müqaviləsi üzrə 1368,65 (bir min üç yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində əsas borc, 107,36 (bir yüz yeddi manat otuz altı qəpik) məbləğində faiz borcu, 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1483,51 (bir min dörd yüz səksən üç manat əlli bir qəpik) manat pul, xx.xx.2021-ci il tarixli 274497-1-33351/1 saylı kredit müqaviləsi üzrə 1870,41 (bir min səkkiz yüz yetmiş manat qırx bir qəpik) manat məbləğində əsas borc, 155,45 (bir yüz əlli beş manat qırx beş qəpik) məbləğində faiz borcu, 94,10 (doxsan dörd manat on qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 2119,96 (iki min bir yüz on doqquz manat doxsan altı qəpik) manat pul və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi olan 56,03 (əlli altı manat üç qəpik) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1910/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1910/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver