Məhkəmə qərarları › İş №e-2(027)-1918/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1918/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1918/2022 26.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı borc tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “EFfek-nvest” məhdud məsuliyyətli cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış ”14” iyun 2019-cu il tarixli, KFP-024/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə və Zamin arasında bağlanmış ”14” iyun 2019-cu il tarixli, Z-024/2019 saylı “Zamin”lik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixə olan 1801.05 (bir min səkkiz yüz bir manat 05 qəpik) AZN manat məbləğində əsas borcun, 48.05 (qırx səkkiz manat 05 qəpik) AZN manatı məbləğində faiz borcunun, ümumilikdə 1849.10 (bir min səkkiz yüz qırx doqquz manat 10 qəpik ) AZN manatı məbləğində pulun və 38.50 (otuz səkkiz manat 50 qəpik) AZN manatı dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq Bank olmayan kredit təşkilatı İddiaçı (bundan sonra "İddiaçı" adlanacaq) “Borcalan” ” Cavabdeh (bundan sonra "Cavabdeh" adlanacaq) arasında bağlanmış ”14” iyun 2019-cu il tarixli, KFP-024/2019 saylı güzəştli kredit müqaviləsinə (bundan sora “Kredit müqaviləsi” adlanacaq) və borc öhdəliyinin təminat üsulu olan Zamin ilə bağlanmış ” ”14” iyun 2019-cu il tarixli, Z024/2019 saylı “Zamin”lik müqaviləsinə (bundan sora “Zaminlik müqaviləsi” adlanacaq) əsasən BOKT "xxxx" MMC-dən aldığı kredit borcunun ödənilməmiş 1803 AZN kredit borcu qalığından istifadə 5 il müddətinə, illik 1% ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0.1% hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə dövlət vəsaiti hesabına restrukturizasiya edilmişdir. Cavabdehlərlə güzəştli kredit və zaminlik müqaviləsi bağlanandan sonra yalnız xx.xx.2019-cu il tarixdə 2.35 AZN əsas borca və 6.65 AZN faiz borcuna, ümumilkidə 9 AZN ödənişdən sonra kredit üzrə ödəniş etməmişlər. Cavabdehlərlə borc üzrə ödəniş etməsinin zəruriliyi telefon əlaqələrində və yazılı xəbərnamələrlə bildirilmişdir. Sonuncu dəfə 27 yanvar 2022-ci il tarixli, 007/2022 saylı məktubla onlara Xəbərdarlıq-pretenziya edilmişdir. Lakin bu günə kimi Cavabdehlər kredit üzrə heç bir ödəniş etməmişlər. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq Bank olmayan kredit təşkilatı İddiaçı (bundan sonra "İddiaçı" adlanacaq) “Borcalan” ” Cavabdeh (bundan sonra "Cavabdeh" adlanacaq) arasında bağlanmış ”14” iyun 2019-cu il tarixli, KFP-024/2019 saylı güzəştli kredit müqaviləsinə (bundan sora “Kredit müqaviləsi” adlanacaq) və borc öhdəliyinin təminat üsulu olan Zamin ilə bağlanmış ”14” iyun 2019-cu il tarixli, Z024/2019 saylı “Zamin”lik müqaviləsinə (bundan sora “Zaminlik müqaviləsi” adlanacaq) əsasən BOKT "xxxx" MMC-dən aldığı kredit borcunun ödənilməmiş 1803 AZN kredit borcu qalığından istifadə 5 il müddətinə, illik 1% ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0.1% hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə dövlət vəsaiti hesabına restrukturizasiya edilmişdir. Cavabdehlərlə güzəştli kredit və zaminlik müqaviləsi bağlanandan sonra yalnız xx.xx.2019-cu il tarixdə 2.35 AZN əsas borca və 6.65 AZN faiz borcuna, ümumilikdə 9 AZN ödənişdən sonra kredit üzrə ödəniş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəyə əlavə olunmuş iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış ”14” iyun 2019-cu il tarixli, KFP-024/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə əsasən, Cavabdeh və Zaminnun Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə olan borcu 1801.05 (bir min səkkiz yüz bir manat 05 qəpik) AZN manat məbləğində əsas borcun, 48.05 (qırx səkkiz manat 05 qəpik) AZN manatı məbləğində faiz borcunun, ümumilikdə 1849.10 (bir min səkkiz yüz qırx doqquz manat 10 qəpik ) AZN manatı məbləğində təşkil edir. İş materiallarında olan zaminlik müqaviləsinə əsasən, Zamin krеdit müqаviləsi üzrə öhdəliklərin icrаsı üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh və Zamin məktubu aldığı tarixdən 5 gün müddətində borcunu tam olaraq ödəməli olduğu, ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı BOKT "xxxx" MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ”14” iyun 2019-cu il tarixli, KFP-024/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 1801.05 (bir min səkkiz yüz bir manat 05 qəpik) AZN manat məbləğində əsas borcun, 48.05 (qırx səkkiz manat 05 qəpik) AZN manatı məbləğində faiz borcunun, ümumilikdə 1849.10 (bir min səkkiz yüz qırx doqquz manat 10 qəpik ) AZN manatı məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 38.50 (otuz səkkiz manat 50 qəpik) manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Qərara aldım: İddia təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 1801.05 (bir min səkkiz yüz bir manat 05 qəpik) AZN manat məbləğində əsas borcun, 48.05 (qırx səkkiz manat 05 qəpik) AZN manatı məbləğində faiz borcunun, ümumilikdə 1849.10 (bir min səkkiz yüz qırx doqquz manat 10 qəpik ) AZN manatı məbləğində pul və 38.50 (otuz səkkiz manat 50 qəpik) manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar