Məhkəmə qərarları › İş №e-2(027)-1923/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1923/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1923/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11,60 (on bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə olmaqla, 11,60 (on bir manat altmış qəpik) manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 232 (iki yüz otuz iki) manat borc və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 30 (otuz) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən sonuncu İMEİ kodu **********15244 olan “Samsung galaxy A10” markalı və İMEİ kodu **********59442 olan “Samsung Galaxy A11” markalı telefonlar almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11,60 (on bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə olmaqla, 11,60 (on bir manat altmış qəpik) manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 232 (iki yüz otuz iki) manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 636,2 manat təşkil edir. Cavabdehlə MMC arasında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə MMC arasında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Quba rayonu, Zərqava kəndində qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli 20309360 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 12 ay müddətinə hər ay 27,40 (iyirmi yeddi manat qırx qəpik) manat ödəmək şərtilə 390,80 (üç yüz doxsan manat səksən qəpik) manat dəyərində “Samsung galaxy A10” markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2020-ci il tarixli 22001348 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 15 ay müddətinə hər ay 26,40 (iyirmi altı manat qırx qəpik) manat ödəmək şərtilə 468 (dörd yüz altmış səkkiz) manat dəyərində “Samsung Galaxy A11” markalı telefonu Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11,60 (on bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə olmaqla, 11,60 (on bir manat altmış qəpik) manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 232 (iki yüz otuz iki) manat borc hesablanmışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan xx.xx.2020-ci il tarixli 20309360 nömrəli və xx.xx.2020-ci il tarixli 22001348 nömrəli nömrəli müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyanın dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20309360 nömrəli müqavilə üzrə 11,60 (on bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə olmaqla, 11,60 (on bir manat altmış qəpik) manat və xx.xx.2020-ci il tarixli 22001348 nömrəli müqavilə üzrə 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 232 (iki yüz otuz iki) manat borc və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 30 (otuz) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar