Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1925/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Seyidov Vüqar Mircuma oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu, 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2588,25 (iki min beş yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat borcun 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 222,67 (iki yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-24045İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 00544077AZN11944 saylı xx.xx.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 1800 (bir min səkkiz yüz) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin 00544077AZN11944 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 769 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 728 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir Borcalanın 15 avqust 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan qəpik) manat faiz borcu, 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2588,25 (iki min beş yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat təşkil edir; 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 222,67 (iki yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat təşkil edir. X1 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC- 24045İB/2020 saylı razılıq ərizəsi imzalanmış, həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmiş, həmin topluya daxil olan 0054077AZN11944 saylı xx.xx.2020-cİ il tarixli maliyyələşdirmə ərizəsinə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 1800 manat məbləğdə istehlak krediti verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməməsi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cüi il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka borcu 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu, 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2588,25 (iki min beş yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat borcun 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 222,67 (iki yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-2405İB/2020 saylı razılıq ərizəsi imzalanmış, həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmiş, həmin topluya daxil olan 0054077AZN11944 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsinə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 1800 manat məbləğdə istehlak krediti verilmiş, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya 0054077AZN11944 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsi üzrə 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu yaranmış, ona 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu, 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc yaranmış, ona 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə növündə dəbbə pulu hesablanmışdır. Hesab edirəm ki, əsas borc tələbi və faiz barədə iddia əsaslı hesab olunmalıdır. Lakin cərimə hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, cərimə tələbinin azaldılmasını və uyğun olaraq 100 manat və 15 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edirəm. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 49 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin olunsun. Cavabdeh 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1739,87 (bir min yeddi yüz otuz doqquz manat, səksən yeddi qəpik) manat borcun, 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 192,90 (bir yüz doxsan iki manat, doxsan qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 49 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1925/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1925/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver