Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1926/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, hakim Seyidov Vüqar Mircuma oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, 117336-1-8811/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2744,07 manat məbləğində əsas borc, 4,10 manat məbləğində faiz borcu, ümumilikdə isə 2748,17 manat məbləğində pulun və 47,48 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Niva minik” markalı, gümüşü metallik rəngli, mühərrik 0497349, ban X9L212300D0482135, 2013-cü il buraxılışı olan **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 19 sentyabr 2013-cü il tarixli, 117336-1-8811 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 16 (on altı) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 17.449 (on yeddi min dörd yüz qırx doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cuil tarixli, 117336-1-8811/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən əsasən o, 5.942,69 (beş min doqquz yüz qırx iki, 69) manat məbləğində borcu illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «Chevrolet Niva minik» markalı, gümüşü metallik rəngli, mühərrik 0497349, ban X9L212300D0482135, 2013-cü il buraxılışı olan **-FM-*** (sonradan40- BT-024) dövlət qeydiyyat nişanlı avtomobili 19 sentyabr 2013-cü il tarixli, 1173xx-xx-12602 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq tərəflər arasında 18 dekabr 2019-cu il tarixli, 1173xx-xx-12602 saylı “Daşınar əmlakın sonrakı ipoteka (avtomobil) müqaviləsi” bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 2.744,07 (iki min yeddi yüz qırx dörd, 07) manat məbləğində əsas borc, 4,10 (dörd, 10) manat məbləğində faiz borcu, ümumilikdə isə 2.748,17 (iki min yeddi yüz qırx səkkiz, 17) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. -İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2029-cu il tarixli nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 5942,69 manat məbləğində kredit borcu restruktruzasiya edilmişdir. İş materiallarında olan 18 dekabr 2019-cu il tarixli daşınar əmlakın sonrakı ipoteka müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2029-cu il tarixli nağd pul krediti müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 19388 manat məbləğində qiymətləndirilmiş, Chevrolet markalı, Niva model (mühərrik: 0497349, ban: X9L212300D0482135, buraxılış ili 2013, rəng: gümüşü (metallik)) avtomobil ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə verilmiş AB seriyalı, 978350 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, qeydiyyat nömrəsi: 99FM350, tip: Universal, ******* mühərrik №-li, ban X9L212300D0482135 №-li, buraxılış ili 2013, rəngi: gümüşü (metallik) olan CHEVROLET NİVA LC minik markalı avtomaşın xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 102626 nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus CHEVROLET NİVA LC minik markalı, **-FM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 117336--16-12602 nömrəli, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi Daxili İşlər Nazirliyi, BDYPİ-nin Qeydiyyat İmtahan şöbəsində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən cavabdehə 3 iş günü müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 19 iyul 2023-cü il tarixli, 4801 №li bilidirşdən görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh könüllü şəkildə, tutmanın ipoteka predmetinə yönəldilməsi təklif olunmuş, əks təqdirdə banka olan kredit borcunu dərhal ödəməzsə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, kredit müqaviləsinin təminatı olaraq ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, 3201 saylı Ərizədən və iş materiallarından görünür ki, Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinə Cavabdeh məxsus 2013-ci il buraxılışlı, mühərrik nömrəsi ******* olan, ban nömrəsi X9L212300D0482135 olan, CHEVROLET NİVA LC minik markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cÜ il tarixli bildirişin qeydə alınması barədə müraciət etmiş və həmin ərizə Azərbaycan Respublikası DİN BDYİ tərəfindən xx.xx.2023-cÜ il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cÜ il tarixə Bank VTB (Azərbaycan) ASC-yə 2744,07 manat əsas borcu, 4,10 manat faiz borcu olmaqla, cəmi 2748,17 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən, 47,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun İddiaçı ASC qarşısında borcu yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Məhkəmə, tərəflərin razılığı əsasında 18 dekabr 2019-cu il tarixli avtomobilin ipoteka müqaviləsi ilə «Chevrolet Niva minik markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilinin qiymətinin 19388 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq, ipotekaya qoyulmuş «Chevrolet Niva minik markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətini 19388 manat məbləğində müəyyən edir. Məhkəmə onu da qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməsi iddia tələbindən kənara çıxmaq üçün «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi ilə müəyyən olumuş müstəsna haldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2744,07 manat əsas borc, 4,10 manat faiz borcu olmaqla, cəmi 2748,17 manat pul məbləği və 47,48 manat dövlət rüsumu tutulmalı, Bank VTB (Azərbaycan) ASC ilə 1173xx-xx-12602 saylı xx.xx.2013-cü il tarixli Avtomobil Krediti müqaviləsi bağladıqdan və müqavilə üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini lazımınca yerinə yetirməyərək, əsas kredit borcu və ona hesablanmış faizlərin ödənilməsinə dair müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, borc verənin-iddiaçının tələbi ipoteka predmeti olan «Chevrlet Niva minik» markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, ipoteka predmeti olan həmin avtomobilin ilkin satış qiyməti 19388 manat müəyyən edilməli, ipoteka predmeti olan «Chevrlet Niva» markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2744,07 manat əsas borc, 4,10 manat faiz borcu olmaqla, cəmi 2748,17 manat və 47,48 manat dövlət rüsumu Bank VTB (Azərbaycan) ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2744,07 manat əsas borc, 4,10 manat faiz borcu olmaqla, cəmi 2748,17 manat pul məbləği və 47,48 manat dövlət rüsumu tutulsun. Tutma ipoteka predmeti olan «Chevrlet Niva minik» markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin; ipoteka predmeti olan həmin avtomobilin ilkin satış qiyməti 19388 manat müəyyən edilsin; ipoteka predmeti olan «Chevrlet Niva» markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2744,07 manat əsas borc, 4,10 manat faiz borcu olmaqla, cəmi 2748,17 manat və 47,48 manat dövlət rüsumu Bank VTB (Azərbaycan) ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1926/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1926/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver