Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1934/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 274,80 (iki yüz yetmiş dörd, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,20 (iyirmi dörd, iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75 (yetmiş beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 369,50 (üç yüz altmış doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,50 (otuz altı manat əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 (otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 02 (iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 06 (altı) manat cərimə olmaqla, ümumilikdə 1628 (bir min altı yüz iyirmi səkkiz) manat borc və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 36,28 (otuz altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC il xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********72755 “Samsung Galaxy A20s” markalı telefon, “X2”, imei kodu **********20992 “Samsung Galaxy A41” markalı telefon, “HOFFMANN LED TV”, “Hoco TWS Borofone”, ütü “GORENJE”, radiator “Hoffmann”, ütü “GORENJE” almış və nəticədə 1628 (bir min altı yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə 274,80 (iki yüz yetmiş dörd, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,20 (iyirmi dörd, iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat, xx.xx.2020-ci il tarixli 22063351 nömrəli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75 (yetmiş beş) manat cərimə olmaqla, ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat; xx.xx.2020-ci il tarixli 22083307 nömrəli müqavilə üzrə 369,50 (üç yüz altmış doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,50 (otuz altı manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 406 (dörd yüz altı) manat; xx.xx.2020-ci il tarixli 22092086 nömrəli müqavilə üzrə 30 (otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 02 (iki) manat cərimə olmaqla, 32 (otuz iki) manat; xx.xx.2020-ci il tarixli 22132029 nömrəli müqavilə üzrə 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 06 (altı) manat cərimə olmaqla, ümumilikdə 66 (altmış altı) manat borcu vardır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində “GORENJE” markalı ütüdən imtina etmiş və məhsul 31 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 14 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 31 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 179,2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktına əsasən, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Quba rayonu, Digah kəndində qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli 21054003 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 12 ay müddətinə hər ay 36,50 (oruz altı manat əlli qəpik) manat ödəmək şərtilə 399,60 (üç yüz doxsan doqquz) manat dəyərində “Samsung Galaxy A20s” markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2020-ci il tarixli 22063351 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 18 ay müddətinə hər ay 42,50 (qıx iki manat əlli qəpik) ödəmək şərtilə 765 (yeddi yüz almış beş) manat dəyərində “Samsung Galaxy A41” markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2020-ci il tarixli 22083307 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 03 ay müddətinə hər ay 10 (on) manat ödəmək şərtilə 31 (otuz bir) manat dəyərində “GORENJE” markalı ütü Cavabdeh satmışdır; xx.xx.2020-ci il tarixli 22092086 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 03 ay müddətinə hər ay 133,50 (bir yüz otuz üç manat əlli qəpik) manat ödəmək şərtilə ümumi dəyəri 414,50 (dörd yüz on dörd manat əlli qəpik) manat dəyərində “HOFFMANN LED TV”, “Hoco TWS Borofone”, “GORENJE” markalı ütü, “Hoffmann” markalı radiatoru Cavabdeh satmışdır; xx.xx.2020-ci il tarixli 22132029 nömrəli müqavilədən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC 12 ay müddətinə hər ay 05 (beş) manat ödəmək şərtilə ümumi dəyəri 60 (altmış) manat dəyərində “X2 Basic S Black” markalı cihazı Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə xx.xx.2020-ci il tarixli 21054003 nömrəli müqavilə üzrə 274,80 (iki yüz yetmiş dörd, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,20 (iyirmi dörd, iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat; xx.xx.2020-ci il tarixli 22063351 nömrəli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75 (yetmiş beş) manat cərimə olmaqla, ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat; xx.xx.2020-ci il tarixli 22083307 nömrəli müqavilə üzrə 369,50 (üç yüz altmış doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,50 (otuz altı manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 406 (dörd yüz altı) manat; xx.xx.2020-ci il tarixli 22092086 nömrəli müqavilə üzrə 30 (otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 02 (iki) manat cərimə olmaqla, 32 (otuz iki) manat; xx.xx.2020ci il tarixli 22132029 nömrəli müqavilə üzrə 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 06 (altı) manat cərimə olmaqla, ümumilikdə 66 (altmış altı) manat borc hesablanmışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 36,28 (otuz altı manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan xx.xx.2020-ci il tarixli 21054003 nömrəli, xx.xx.2020ci il tarixli 22063351 nömrəli, xx.xx.2020-ci il tarixli 22083307 nömrəli, xx.xx.2020-ci il tarixli 22092086 nömrəli, xx.xx.2020-ci il tarixli 22132029 nömrəli nömrəli müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyanın dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 36,28 (otuz altı manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 21054003 nömrəli müqavilə üzrə 274,80 (iki yüz yetmiş dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,20 (iyirmi dörd manat, iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat; xx.xx.2020-ci il tarixli 22063351 nömrəli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75 (yetmiş beş) manat cərimə olmaqla, ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat; xx.xx.2020-ci il tarixli 22083307 nömrəli müqavilə üzrə 369,50 (üç yüz altmış doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,50 (otuz altı manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 406 (dörd yüz altı) manat; xx.xx.2020-ci il tarixli 22092086 nömrəli müqavilə üzrə 30 (otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 02 (iki) manat cərimə olmaqla, 32 (otuz iki) manat; xx.xx.2020-ci il tarixli 22132029 nömrəli müqavilə üzrə 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 06 (altı) manat cərimə olmaqla, ümumilikdə 66 (altmış altı) manat və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 36,28 (otuz altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1934/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1934/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver