Məhkəmə qərarları › İş №e-2(027)-1938/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1938/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1938/2023 23.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 6225 (altı min iki yüz iyirmi beş) manat sığorta ödənişi məbləğinin və 82.65 (səksən iki, altmış beş) manat dövlət rüsumunun, cəmi 6307.65 (altı min üç yüz yeddi, altmış beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Kamaz 55102” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. CavabdehTahir oğlu xx.xx.2021-ci il tarixində “Kamaz 55102” markalı **- CC-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X5 az ağır bədən xəsarəti almış, “Mercedes” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 6225 (altı min iki yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Quba Rayon Məhkəməsinin hökmüilə CavabdehTahir oğlu qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Kamaz 55102” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bildirmək istəyir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinəəsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6225 (altı min iki yüz iyirmi beş) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildiririk ki, Cəmiyyətimiz tərəfindən CavabdehTahir oğlunun ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətimizə ödənilməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək iddia ərizəsinə "xxxx" ASC-nin iştirakı olmadan baxıb, qətnamə qəbul edilmısini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki işin materiallarında olan Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından görünür ki, “Kamaz 55102” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı yük maşını "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdə sığortalanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2021-ci il tarixdə Quba rayonu, ərazisində baş verməsi, zərər vuran avtomobilin “Kamaz 55102” markalı dövlət qeydiyyat nişanının 20CC833 olması, X2 az ağır xəasrət alması ilə ona dəymiş maddi ziyanın məbləğinin 1500,00 manat təşkil etməsi göstərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2021-ci il tarixdə Quba rayonu, ərazisində baş verməsi, sığortalanmış “Kamaz 55102” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin Cavabdeh olması, zərər vuran avtomobilin “Kamaz 55102” markalı dövlət qeydiyyat nişanının 20CC833 olması, “Mercedes Benz C” markalı **-LK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 4725,00 manat təşkil etməsi göstərilmişdir. Mülki işin materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-14/2022 saylı xx.xx.2022-ci il tarixli, hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərədə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağaır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş və onun əsas cəzadan azad edildiyi 0.12.2021-ci il tarixdən hesablanmağa başlanılmış 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 02 il 09 ay 07 gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş əlavə cəza ilə qismən toplamaq yolu ilə bilrləşdirilərək Cavabdeh üzərində qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 1500 manat pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 4725 manat pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, hazırki iddia ilə bağlı iddiaçı tərəfindən 82.65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Kamaz 55102” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomaşınla Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X5 az ağır bədən xəsarəti almış, “Mercedes” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, bununla da sığorta hadisəsi baş vermiş, Cavabdeh Quba Rayon Məhkəməsinin 1(027)-14/2022 saylı xx.xx.2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərədə tutulmuş əməlin törədilməsində təqsirli bilinib qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 6225 (altı min iki yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası Qaydaları»nın 12-ci bəndinə müvafiq olaraq sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçünçü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsnə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və sair istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə və sair) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, ərizəni nəzərdən keçirib, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh, 6225 (altı min iki yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və 82.65 (səksən iki, altmış beş) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh, 6225 (altı min iki yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və 82.65 (səksən iki, altmış beş) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar