Məhkəmə qərarları › İş №e-2(027)-196/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-196/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-196/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh, 5999 (beş min doqquz yü doxsan doqquz) manat 97 qəpik məbləğində pulun və 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rabitəbank” ASC-nin nümayəndəsi Əbilfəz Zeynallı məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış 19.04.2021-ci il tarixli, “MC WORLD Kartmane” kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün cavabdehə bank kartı verilmiş və **********6944-142025 saylı kart hesabı açılmışdır. 08.05.2021-ci il tarixində cavabdeh tərəfindən aparılmış kart əməliyyatı nəticəsində həmin kart hesabı üzrə 5999.97 manat overdraft borcu yaranmışdır. Bahkın Quba filialı tərəfindən cavabdehə bu barədə 18.05.2021-ci il tarixli, 08-08-02/325 saylı bildiriş məktubu göndərilmiş, artıq xərclənmiş pulun geri qaytarılması tələb olunmuşdur. Lakin cavabdeh bu günədək banka məxsus olan 5999.97 manat pul vəsaitinin qaytarılmasını təmin etməmiş, özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh, 5999 (beş min doqquz yü doxsan doqquz) manat 97 qəpik məbləğində pulun və 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh idianı qəbul etmədiyini bildirərək qeyd etdi ki, tələb olunan məbləğ 08.05.2021-ci il tarixdə saat 00:00 saatda onun kartına daxil edilib, həmin dəqiqədə hesabdan silinib. Bu barədə banka müraciət etsə də, bank tərəfindən ona cavab verilməyib. Kart həmin gün özündə olub, həmin tarix qeyri-iş günü hesab edilir, yəni gecə vaxtı bu əməliyyatın necə keçirilməsi ona məlum deyil.Qeyd olunanları nəzərə alaraq, ona qarşı verilmiş iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Quba filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış 19.04.2021-ci il tarixli, “MC WORLD Kartmane” kart müqaviləsinə əsasən cavabdehə bank kartı verilmiş və **********6944-142025 saylı kart hesabı açılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin elektron qəbzlərindən görünür ki, qeyri iş günü olan 08.05.2021-ci il tarixində “MC Kartmane AZN” vasitəsilə “Account credit RBS Balance loader” hesabına 6000.00 AZN məbləqdə pul vəsaiti köçürülüb və həmin tarixdə həmin dəqiqədə da həmin məbləğ kart hesabından siinib. İş materiallarında olan 28.10.20251-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC iddia ərizəsinə görə 80 manat dövlət rüsumu ödəmişdir. Belə ki, sübuetmə yükü baxımından İddiaçı ASC Cavabdeh ilə aralarında bağlanmış 19.04.2021-ci il tarixli, “MC WORLD Kartmane” kart müqaviləsinə əsasən müqavilənin icra olunması üçün bank kartı hesabı açıldığını və 08.05.2021-ci il tarixində cavabdeh tərəfindən aparılmış kart əməliyyatı nəticəsində həmin kart hesabı üzrə 5999.97 manat overdraft borcu yarandığını qeyd edib. Lakin iddiaçı bu barədə mötəbər sübut təqdim etməmişdir, həmçinin Quba rayon Məhkəməsi tərəfindən İddiaçı ASC-nə ünvanlanmış İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair 2(027)-196/2022 saylı mülki iş üzrə Cavabdeh 19.04.2021-ci il tarixli, “MC WORLD Kartmane” kart müqaviləsinə əsasən verilmiş bank kartına 08.05.2021-ci il tarixdə saat 00:00-da daxil edilmiş 6000.00 məbləğdə pul vəsaitinin kim tərəfindən göndərilməsi və həmin məbləğin 08.05.2021-ci il tarixdə kimin tərəfindən hansı əməliyyatın aparılması nəticəsində çıxarılması barədə 08.02.2022-ci il tarixli, 2(027)-196/2022 saylı sorğuya bank tərəfindən kart hesabından çıxarış təqdim edilərək, sorğuda qoyulmuş suallara cavab verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar