Məhkəmə qərarları › İş №e-2(027)-1973/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1973/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1973/2023 23.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7169.37 AZN əsas kredit borcu, 32.37 AZN kreditdən istifadəyə görə faiz borcu və 13.89 AZN cərimə borcu olmaqla,cəmi 7215.63 AZN və 92.16 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi 23 noyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 92.16 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən İddiaçı ASC -nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldığından xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 92 (doxsan iki) manat 16 (on altı) qəpik dövlət rüsumu İddiaçı ASC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar