Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1978/2022 28.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli LCO201120053 ərizə üzrə overdraft nəticəsində yaranmış 3002 (üç min iki) manat 19 qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 02 qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, “AecessBank" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci ıl tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO20İ 120053 saylı ərizəyə əsasən, X1 Visa classic My card debit növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyrıiləşdlirilməklə müvafiqq kart emissiya edilmiş və xx.xx.2020-ci il tarixində 4268*******5891 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2020-ci ilin iyun ayında kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kartı hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 3002.19 manat təşkil edir.Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-cı il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır.Tərəflər arasında bağlanmış xx.xx.2020-ci ıl tarixli ərizəyə əsasən, Cavabdeh Bankın internet səifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”. Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdi. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC overdraft nəticəsində yaranmış 3002 (üç min iki) manat 19 qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 02 qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “AecessBank" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci ıl tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO20İ 120053 saylı ərizəyə əsasən, Cavabdeh Visa classic My card debit növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdlirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2020-ci il tarixində 4268*******5891 nömrəli kart cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli LCO201120053 ərizəyə əsasən overdraft üzrə Cavabdeh banka olan borcu 3002 (üç min iki) manat 19 qəpik məbləğində təşkil edir İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdeh üzərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmış, banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, “AecessBank" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO20İ 120053 saylı ərizəyə əsasən, Visa classic My card debit növlü kart hesabı açılmış, cavabdehin adı eyniləşdlirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2020-ci il tarixində 4268*******5891 nömrəli kart cavabdehə təhvil verilmişdir. Cavabdeh Bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, borcunu ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. "Bank Xidmətlərinin göstərilinəsi haqqında Müqavilənin ümumi şərilərinin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən,texniki (icazə verilməmiş) overdraft tərəfiər arasında overdraftın təqdim edilməsı bərədə razılaşma olmadığı halda, Kart istifadəçısi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır.Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndinə əsasən, overdraft nəticəsində borc yarandıqda Bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-ci bəndinə əsasən, Overdraft nəticəsində yaranmış borc ümumi şərtlərin 5.10-cu bəndində nəzərdə tutulnuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanmasi borc tam ödənilən günədək davam edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinə görə hüququ pozulrmş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış aanm) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 50 (əlli) manat 02 qəpik məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli LCO201120053 saylı ərizə üzrə overdraff nəticəsində yaranmış 3002 (üç min iki) manat 19 qəpik və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 02 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli LCO201120053 saylı ərizə üzrə overdraff nəticəsində yaranmış 3002 (üç min iki) manat 19 qəpik və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 02 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1978/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1978/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver