Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1993/2022 12.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı X2 Cavabdeh qarşı “borcun qaytarılması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X1 iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790196/21 nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc 334 (üç yüz otuz dörd) manat borc, 33 (otuz üç) manat cərimə borcu olmaqla, cəmi 367 (üç yüz altımış yeddi) manat borcun və 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumunun X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh və iddiaçı X3 arasında bağlanmışxx.xx.2021-ci il tarixli C9790196/21 saylı müqaviləyə əsasən 698 ilkin ödənişsiz, 1 ədəd Xiaomi markalı Note 10S 6/64 blue modeli məhsulu cavabdeh mağazadan kreditlə 12 ay müddətinə, hər ay 58.17 manat ödəməklə nisyə satılmışdır. Cavabdeh müqavilədə nəzərdə tutlmuş öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə borcunun ödənilməsi barədə cavabdehlərə şifahi və bir dəfə rəsmi xəbərdarlıq olunsa da, cavabdeh heç bir ödəniş etməmişdir. Nəticədə cavabdehin 367 manat ödənilməmiş borcu qalmaqdadır və odur ki, iddiaçı X3 Cavabdeh 334 (üç yüz otuz dörd) manat borc, 33 (otuz üç) manat cərimə borcu olmaqla, cəmi 367 (üç yüz altımış yeddi) manat borcun və 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumunun X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790196/21 saylı müqaviləyə əsasən 698 ilkin ödənişsiz, 1 ədəd Xiaomi markalı Note 10S 6/64 blue modeli məhsulu cavabdehə kreditlə 12 ay müddətinə, hər ay 58.17 manat ödəməklə nisyə satılmışdır. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; Beləliklə, müəyyən olundu ki, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790196/21 saylı müqaviləyə əsasən 698 ilkin ödənişsiz, 1 ədəd Xiaomi markalı Note 10S 6/64 blue modeli məhsulu cavabdehə kreditlə 12 ay müddətinə, hər ay 58.17 manat ödəməklə nisyə satılmış, cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmiş, nəticədə 367 (üç yüz altımış yeddi) manat borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı 367 (üç yüz altımış yeddi) manat məbləğində borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş və 30 (otuz) manat 40 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 334 (üç yüz otuz dörd) manat əsas borc, 3 (üç) manat cərimə borcu, cəmi 337 (üç yüz otuz yeddi) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1993/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1993/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver