Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2008/2022 28.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011Rİ932920045 saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4949 (dörd min doqquz yüz qırx doqquz) manat 62 qəpik məbləğində kredit borcu, 715 (yeddi yüz on beş) manat 53 qəpik faiz borcu, 1610 (min altı yüz on) manat 45 qəpik cərimə borcu olmaqla, cəmi 7275 (yeddi min iki yüz yetmiş beş) manat 60 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 76 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011L**********87 saylı uzunmüddətli kredit müqaviləsi əsasən 120 ay müddətinə,300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə bağladığı 011Rİ932920045 kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərtilə 10000 (on min) manat kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 5050.38 manat ödəniş etmiş və onun iddiaçıya 4949.62 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış faiz borcu 715.53 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 % məbləğində cərimə ödəməlidir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar zaminlk müqaviləsinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011Rİ932920045 saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4949 (dörd min doqquz yüz qırx doqquz) manat 62 qəpik məbləğində kredit borcu, 715 (yeddi yüz on beş) manat 53 qəpik faiz borcu, 1610 (min altı yüz on) manat 45 qəpik cərimə borcu olmaqla, cəmi 7275 (yeddi min iki yüz yetmiş beş) manat 60 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 76 qəpik məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdilər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011L**********87 saylı uzunmüddətli kredit müqaviləsi əsasən 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixli 011Rİ932920045 kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərtilə 10000 (on min) manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011S**********03 zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011Rİ932920045 kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011S**********02 zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011Rİ932920045 kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 banka olan borcu xx.xx.2019-cu il tarixli 011Rİ932920045 saylı kredit razılaşması müqaviləsi üzrə 4949 (dörd min doqquz yüz qırx doqquz) manat 62 qəpik məbləğində kredit borcu, 715 (yeddi yüz on beş) manat 53 qəpik faiz borcu, 1610 (min altı yüz on) manat 45 qəpik cərimə borcu olmaqla, cəmi 7275 (yeddi min iki yüz yetmiş beş) manat 60 qəpik məbləğində təşkil edir İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan məlum olur ki, Cavabdeh2 Quba rayonu, Vladimirovka kəndində; AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 Quba rayonu, Alpan kəndində; AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 Quba rayonu, Rustov kəndində qeydiyyatdadırlar. İş materiallarında olan mədaxil qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsiylə əlaqədar 92 (doxsan iki) manat 76 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 011Rİ932920045 kredit razılaşması müqaviləsi üzrə bank tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 4949.62 manat əsas məbləğ üzrə borca 1610.45 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 110.45 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 92 (doxsan iki) manat 76 qəpik məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** saylı kredit razılaşması və xx.xx.2021-ci il tarixli, 011R**********S saziş ləğv edilməli, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, müştərək qaydada, 4949 (dörd min doqquz yüz qırx doqquz) manat 62 qəpik məbləğində kredit borcu, 715 (yeddi yüz on beş) manat 53 qəpik faiz borcu, 110 (yüz on) manat 45 qəpik cərimə borcu, cəmi 5775 (beş min yeddi yüz yetmiş beş) manat 60 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 76 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** saylı kredit razılaşması və xx.xx.2021-ci il tarixli, 011R**********S saziş ləğv edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, müştərək qaydada, 4949 (dörd min doqquz yüz qırx doqquz) manat 62 qəpik məbləğində kredit borcu, 715 (yeddi yüz on beş) manat 53 qəpik faiz borcu, 110 (yüz on) manat 45 qəpik cərimə borcu, cəmi 5775 (beş min yeddi yüz yetmiş beş) manat 60 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 76 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2008/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2008/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver