Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2014/2023 25.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 oglundan asas borc üzrə 1853.00 AZN, faiz borcuna göra 270.00 AZN, cərima borcuna görə 273.97 AZN, cəmi 2396.97 (iki min üç yüz doxsan altı manat, doxsan yeddi qapik) AZN mablagində borcun və 43.97 manat mablagində ödanilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-mn xeyrina tutulmast barada qatnama qabul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçi "xxxx" MM QBKT ila cavabdeh X2 oglu arasmda baglanmiş xx.xx.2022-ci tarixli **********0080 saylı kredit intiqaviləsinə əsasan borcluya ailə-kəndli tasartüfatının yaradılması, genişləndirilməsi, hayat səviyyəsinin yaxşılaşdırılması məqsədlari üçün illik 28.00% faiz dərəcəsi olmaqla 12 ay müddatinə 2000 (iki min manat) AZN məblagində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlava hesab edilən ödəniş cədvalinə asasən borclunun har ay 194 AZN olmaqla bərabər hissələrda ödəniş etməsi razılşadırılmışdır. Kredit mabləgi Kredit Alana nəğdsiz qaydada, yani balansinda verilmiş kredit mabləgi həcmində pul vasaiti olan, üzərində "Fincard" adı qeyd kredit kartinda təqdim edilir. Kredit mügaviləsinin 1.1-ci maddəsinaə əsasan Kredit Alan asas borcu, hamin borca hesablanmi faiz, cərimələri, nəzərdə tutulan digər ödaniş va dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi az öhdəsinə götürür. Taraflar arasinda baglanmış kredit maqaviləsinə göre kreditin faktiki istifada mabləginə hesablanmiş faizlarin və asas borc mabləginin ödanilməsi borcalan tərəfindan nəzərda tutulmuşdur. Lakin, cavabdeh, X2 oglu üzərinə düşən öhdəliyi yerinə yetirmamişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyya arayışına asasan cavabdeh X2 oglunun asas borc üzrə 1853.00 AZN, faiz borcuna görə 270.00 AZN, cərimə borcuna görə 273.97 AZN, cəmi 2396.97 (iki min uç yüz doxsan altı manat, doxsan yeddi qapik) AZN taşkil edir. Kredit Miiqavilasinin 6.2-ci bandinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilmasindən sonra Kredit alan 10 iş günü ərzində krediti va ona aid digər ödanişləri ödəmədikdə, Kredit verən məhkəmə organına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana taqdim edilməməsi Kredit verənin dərhal va birbasa məhkəməyə milraciat etmək hüququnu hec bir halda məhdudlaşdıra bilmaz. Müqavilanin bu müddəası hec bir halda taraflər arasında məhkəməyə qədər mübuhisələrin həlli qaydasının razılaşdırılması kimi tafsir edilə bilməz. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. -İş materiallarından olan "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0080 saylı kredit müqaviləsinə əsasən borcluya 28 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC-yə olan borcu əsas borc üzrə 1853,00 manat, faiz borcu üzrə 270,00 manat, cərimə borcu 273,97 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, əsas borc 1853,00 manat və faiz borcu 270 manat təşkil etdiyi halda, 273,97 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh əsas borc üzrə 1853,00 manat ,faiz borcuna görə 270,00 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 2173 (iki min yüz yetmiş üç) manat məbləğində pul və 43,97 (qırx üç manat, doxsan yeddi qəpik) məbləğində dövlət rüsumu "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2014/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2014/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver