Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2024/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəməyə daxil olmuş ərizənin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək, hesab edirəm ki, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduğundan ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin əsaslandırma hissəsindən görünür ki, cavabdehin 493,64 manat qalıq borcu və 534,42 manat cərimə borcu olmaqla, cəmi 1028,06 manat borcu vardır. Göründüyü kimi hazırkı iş üzrə əsas borcun ödənilməsi ilə yanaşı, cərimə borcunun tutulması tələb olunur ki, bu hal da ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisənin olduğuna əsas verir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından hallarda imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qızına qarşı “borcun tutulması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2024/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2024/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver