Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2025/2022 09.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 108,9 manat əsas borc, 16,3 manat cərimə, cəmi 125,2 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 333,9 manat əsas borc, 50 manat cərimə, cəmi 383,9 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1765 manat əsas borc, 264,7 manat cərimə, cəmi 2029,7 manat, üç müqavilə üzrə 2207,8 manat əsas, 331 manat cərimə, cəmi 2538 manat borcun və 45,38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung T295” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla, cəmi 348,9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A525” markalı mobil telefon və “XM Trimmer Philips” markalı təraş maşınına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 817,3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı soyuducu və “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 162 manat olmaqla, cəmi 2899 manat, ümumilikdə üç müqavilə üzrə 4065,2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 69 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 11 manat ödəniş etmiş, üç müqavilə üzrə qalıq qalmış 2207,8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 3310 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 3310 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i "xxxx" MMC tərəfindən güzəşt edilmişdir və cərimə məbləğinin 10%-i, yəni 331 manat "xxxx" MMC-nə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMCnə olan borcu ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 108,9 manat əsas borc, 16,3 manat cərimə, cəmi 125,2 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 333,9 manat əsas borc, 50 manat cərimə, cəmi 383,9 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1765 manat əsas borc, 264,7 manat cərimə, cəmi 2029,7 manat, üç müqavilə üzrə 2207,8 manat əsas, 331 manat cərimə, cəmi 2538 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung T295” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla, cəmi 348,9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A525” markalı mobil telefon və “XM Trimmer Philips” markalı təraş maşınına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 817,3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı soyuducu və “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 162 manat olmaqla, cəmi 2899 manat, ümumilikdə üç müqavilə üzrə 4065,2 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 108,9 manat əsas, 16,3 manat cərimə borcu olmaqla, 125,2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 333,9 manat əsas, 50 manat cərimə, cəmi 383,9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 1765 manat əsas borc, 264,7 manat cərimə, cəmi 2029,7 manat, ümumilikdə 2207,8 manat borcun "xxxx" MMC-nə ödənilməsi nəzərdə tutulmuşdur. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh müddətli (nisyə) alğısatqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 45,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 108,9 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 333,9 manat,010868439 saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1765 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 5 manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 20 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 45,38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 108,9 (bir yüz səkkiz manat doxsan qəpik) manat əsas borc, 1 (bir) manat cərimə, cəmi 109,9 (bir yüz doqquz manat doxsan qəpik) manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 333,9 (üç yüz otuz üç manat doxsan qəpik) manat əsas borc, 5 (beş) manat cərimə, cəmi 338,9 (üç yüz otuz səkkiz manat doxsan qəpik) manat, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1765 (bir min yeddi yüz altmış beş) manat əsas borc, 20 (iyirmi) manat cərimə, cəmi 1785 (bir min yeddi yüz səksən beş) manat, ümumilikdə 2233,2 (iki min iki yüz otuz üç manat iyirmi qəpik) manat borc və 45,38 (qırx beş manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2025/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2025/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver