Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2045/2022 05.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 011A********** kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1497 (min dörd yüz doxsan yeddi) manat 68 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 72 qəpik faiz borcu, 823 (səkkiz yüz iyirmi üç) manat 61 qəpik cərimə borcu olmaqla, cəmi 2336 (iki min üç yüz otuz altı) manat 03 qəpik məbləğində borc; xx.xx.2019-cu il tarixli 011A********** kredit müqaviləsi üzrə 1493 (min dörd yüz doxsan üç) manat 68 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 70 qəpik faiz borcu, 751 (yeddi yüz əlli bir) manat 97 qəpik cərimə borcu olmaqla, cəmi 2260 (iki min iki yüz altımış) manat 28 qəpik məbləğində borc; və dövlət rüsumu üçün ödənilmiş 65 (altımış beş) manat 96 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını və iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdi. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 1665 (min altı yüz altımış beş) manat 90 qəpik məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 168.22 manat ödəniş etmiş və onun iddiaçıya 1497.68 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 385 gün üçün hesablanmış faiz borcu 14.72 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 % məbləğində cərimə ödəməlidir. Bundan başqa, İddiaçı QSC Cavabdeh3 ilə xx.xx.2019cu il tarixli 011A********** kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 1628 (min altı yüz iyirmi səkkiz) manat 36 qəpik məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 134.75 manat ödəniş etmiş və onun iddiaçıya 1493.61 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 413 gün üçün hesablanmış faiz borcu 14.70 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 % məbləğində cərimə ödəməlidir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdülər. Onlar zaminlk müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmədə Cavabdeh3 bildirdi ki, iddianı cərimə borcu hissəsi istisna olmaqla qəbul edir, ödənişin hamısını birdən ödəməyə maddi imkanı çatmır. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 1665 (min altı yüz altımış beş) manat 90 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011G**********01 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011G**********02 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011A********** kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 1628 (min altı yüz iyirmi səkkiz) manat 36 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011G**********02 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh3 banka olan borcu xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 1493 (min dörd yüz doxsan üç) manat 68 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 70 qəpik faiz borcu, 751 (yeddi yüz əlli bir) manat 97 qəpik cərimə borcu olmaqla, cəmi 2260 (iki min iki yüz altımış) manat 28 qəpik məbləğində təşkil edir İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh3 banka olan borcu xx.xx.2019-cu il tarixli 011A193467038 saylı kredit müqaviləsi üzrə 1497 (min dörd yüz doxsan yeddi) manat 68 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 72 qəpik faiz borcu, 823 (səkkiz yüz iyirmi üç) manat 61 qəpik cərimə borcu olmaqla, cəmi 2336 (iki min üç yüz otuz altı) manat 03 qəpik məbləğində təşkil edir İş materiallarında olan AZE 05964609 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan məlum olur ki, Cavabdeh3 Quba rayonu Təngəaltı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16090793 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X1 rayonu Afurca kəndində qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, cavabdehlər üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh3 xx.xx.2022-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 1497.68 manat əsas məbləğ üzrə borca 823.61 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 23.61 manat məbləğinə qədər, xx.xx.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələsi üzrə 1493.61 manat əsas məbləğ üzrə borca 751.97 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, cərimə borcu 21.97 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, «İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli 011A********** saylı və xx.xx.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2019-cu il tarixli 011A********** sayl kredit müqaviləsi üzrə 1497 (min dörd yüz doxsan yeddi) manat 68 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 72 qəpik faiz borcu, 23 (iyirmi üç) manat 61 qəpik cərimə borcu, cəmi 1536 (min beş yüz otuz altı) manat 01 qəpik borc, xx.xx.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələsi üzrə 1493 (min dörd yüz doxsan üç) manat 61 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 70 qəpik faiz borcu, 21 (iyirmi bir) manat 97 qəpik cərimə borcu, cəmi 1530 (min beş yüz otuz) manat 28 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 65 (altmış beş) manat 96 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı və xx.xx.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2019-cu il tarixli 011A********** sayl kredit müqaviləsi üzrə 1497 (min dörd yüz doxsan yeddi) manat 68 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 72 qəpik faiz borcu, 23 (iyirmi üç) manat 61 qəpik cərimə borcu, cəmi 1536 (min beş yüz otuz altı) manat 01 qəpik borc, xx.xx.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələsi üzrə 1493 (min dörd yüz doxsan üç) manat 61 qəpik məbləğində kredit borcu, 14 (on dörd) manat 70 qəpik faiz borcu, 21 (iyirmi bir) manat 97 qəpik cərimə borcu, cəmi 1530 (min beş yüz otuz) manat 28 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 65 (altmış beş) manat 96 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2045/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2045/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver