Məhkəmə qərarları › İş №e-2(027)-2046/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2046/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2046/2022 05.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin saylı ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3792 (üç min yeddi yüz doxsan iki) manat 86 qəpik məbləğində kredit borcu, 47 (qırx yeddi) manat 25 qəpik faiz borcu, 2306 (iki min üç yüz altı) manat 08 qəpik cərimə borcu, cəmi 6146 (altı min yüz qırx altı) manat 19 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 81(səksən bir) manat 46 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını və iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdi. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 3793 (üç min yeddi yüz doxsan üç manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0.14 manat ödəniş etmiş və onun iddiaçıya 3792.86 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 561 gün üçün hesablanmış faiz borcu 47.25 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 % məbləğində cərimə ödəməlidir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar zaminlk müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin saylı ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3792 (üç min yeddi yüz doxsan iki) manat 86 qəpik məbləğində kredit borcu, 47 (qırx yeddi) manat 25 qəpik faiz borcu, 2306 (iki min üç yüz altı) manat 08 qəpik cərimə borcu, cəmi 6146 (altı min yüz qırx altı) manat 19 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 81(səksən bir) manat 46 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən, yəni əsas borc hissəsində qəbul etdiyini bildirərək, qeyd etdi ki, əsas məbləğə hesablanmış cərimə çox yüksəkdir, cərimənin silinməsini xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddianı qismən, yəni əsas borc və faiz hissəsində qəbul etdiyini bildirdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehlər Cavabdeh1n və Cavabdeh3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 3793 (üç min yeddi yüz doxsan üç manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011G**********01 zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 011G**********02 zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka olan borcu xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 3792 (üç min yeddi yüz doxsan iki) manat 86 qəpik məbləğində kredit borcu, 47 (qırx yeddi) manat 25 qəpik faiz borcu, 2306 (iki min üç yüz altı) manat 08 qəpik cərimə borcu, cəmi 6146 (altı min yüz qırx altı) manat 19 qəpik məbləğində təşkil edir İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, cavabdehlər üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 3792.86 manat əsas məbləğ üzrə borca 2306.08 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, cərimə borcu 5608 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 3792 (üç min yeddi yüz doxsan iki) manat 86 qəpik məbləğində kredit borcu, 47 (qırx yeddi) manat 25 qəpik faiz borcu, 56 (əlli altı) manat 08 qəpik cərimə borcu, cəmi 3896 (üç min səkkiz yüz doxsan altı) manat 19 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 81 (səksən bir) manat 46 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 81 (səksən bir) manat 46 qəpik məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 3792 (üç min yeddi yüz doxsan iki) manat 86 qəpik məbləğində kredit borcu, 47 (qırx yeddi) manat 25 qəpik faiz borcu, 56 (əlli altı) manat 08 qəpik cərimə borcu, cəmi 3896 (üç min səkkiz yüz doxsan altı) manat 19 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 81 (səksən bir) manat 46 qəpik məbləğində pul vəsaiti İddiaçı QSCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar