Məhkəmə qərarları › İş №e-2(027)-2048/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2048/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2048/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 Mart 2020-ci il tarixli 622 saylı kredit müqaviləsinin ləğv edilməsi; xx.xx.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 4392 (dörd min üç yüz doxsan iki) manat 50 qəpik; əsas məbləğə hesablanmış faiz borcu 1026 (bir min iyirmi altı) manat 71 qəpik; dəbbə pulu 1695 (bir min altı yüz doxsan beş) manat 43 qəpik; cəmi 7114 (yeddi min yüz on dörd) manat 64 qəpik; məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 91(doxsan bir) manat 14 qəpik dövlət rüsumunu borclular Cavabdeh1 və X5 qızından alınaraq, “ İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı PSG FİNANS” BOKT MMC-nin nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək, ödənilməsi nəzərdə tutulan kredit borcu barədə xx.xx.2022-ci il tarixli, 338 nömrəli arayışı məhkəməyə təqdim edərək, qeyd etdi ki, iş üzrə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənişlər aparılmış və həmin məbləğ borcdan silinmişdir. Həmin ödənişlər silindikdən sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən 4392 (dörd min üç yüz doxsan iki) manat 50 qəpik; əsas məbləğə hesablanmış faiz borcu 742 (yeddi yüz qırx iki) manat 71 qəpik; dəbbə pulu 1679 (bir min altı yüz yetmiş doqquz) manat 43 qəpik; cəmi 6905 (altı min doqquz beş) manat 78 qəpik; məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 91(doxsan bir) manat 14 qəpik dövlət rüsumu cavabdehlərdən alınaraq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı PSG FİNANS” BOKT MMC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında 06 Mart 2020-ci il tarixli 622 saylı kredit müqaviləsi ilə Cavabdeh2 arasında 06 Mart 2020ci il tarixli 622 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 4500 (dörd min beş yüz) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh1 illik 26% faiz olmaqla, 30 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 205.56 (iki yüz beş manat əlli altı qəpik) manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 Mart 2020-ci il tarixli 622 saylı kredit müqaviləsinin ləğv edilməsi; xx.xx.2022-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən 4392 (dörd min üç yüz doxsan iki) manat 50 qəpik; əsas məbləğə hesablanmış faiz borcu 742 (yeddi yüz qırx iki) manat 71 qəpik; dəbbə pulu 1679 (bir min altı yüz yetmiş doqquz) manat 43 qəpik; cəmi 6905 (altı min doqquz beş) manat 78 qəpik; məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 91(doxsan bir) manat 14 qəpik dövlət rüsumu cavabdehlərdən alınaraq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o 4500 manat kredit götürüb, lakin pandemiya ilə əlaqədar maddi vəziyyəti qənaətbəxş olmadığından ödənişləri gecikdirib. İddianın dəbbə hissəsi şişirdilib. Dəbbənin azaldılmasını xahiş etdi. İş üzrə cavabdeh X5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı BOKT MMC-nin nümayəndəsi X6 və Cavabdeh1 dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 06 Mart 2020-ci il tarixli 622 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 4500 (dörd min beş yüz) manat məbləğində pul ayrılmışdır. Həmin tarixdə bağlanmış 06 Mart 2020-ci il tarixli 622 saylı zaminlik müqaviləsinə əsasən zamin X5 06 Mart 2020-ci il tarixli 622 saylı saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 338 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 06 Mart 2020-ci il tarixli 622 saylı kredit müqaviləsi üzrə BOKT-a xx.xx.2022-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən 4392 (dörd min üç yüz doxsan iki) manat 50 qəpik; əsas məbləğə hesablanmış faiz borcu 742 (yeddi yüz qırx iki) manat 71 qəpik; dəbbə pulu 1679 (bir min altı yüz yetmiş doqquz) manat 43 qəpik; cəmi 6905 (altı min doqquz beş) manat 78 qəpik məbləğdə kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 4500 (dörd min beş yüz) manat kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən iddia ərizəsinə görə 91(doxsan bir) manat 14 qəpik dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 91(doxsan bir) manat 14 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 622 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və X1, müştərək qaydada, 4392 (dörd min üç yüz doxsan iki) manat 50 qəpik əsas borc, 742 (yeddi yüz qırx iki) manat 71 qəpik faiz borcu, 79 ( yetmiş doqquz) manat 43 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 91 (doxsan bir) manat 14 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı BOKT MMC-nin xeyrinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 622 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X1, müştərək qaydada, 4392 (dörd min üç yüz doxsan iki) manat 50 qəpik əsas borc, 742 (yeddi yüz qırx iki) manat 71 qəpik faiz borcu, 79 ( yetmiş doqquz) manat 43 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 91 (doxsan bir) manat 14 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar