Məhkəmə qərarları › İş №e-2(027)-2050/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2050/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2050/2022 15.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı QSC "xxxx" KB -nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : Ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1xx/xx/103354/19 saylı kredit müqaviləsi üzrə cavabdehdən 182 (yüz səksən iki) manat 83 qəpik məbləğində əsas borc, 6 (altı) manat 76 qəpik məbləğində faiz borcu, 5 (beş) manat 04 qəpik məbləğində cərimə borcu, 23 (iyirmi üç) manat 73 qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə cəmi 218 (iki yüz on səkkiz) manat 36 qəpik məbləğində pulun, 30 (otuz) manat məbləğində dövlət rüsümunun ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsində göstərmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1xx/xx/103354/19 saylı müqavilə bağlanmış, xx.xx.2015-ci il tarixli 1xx/xx/103354/15 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası MBNP tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 182.83 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcunun qaytarılmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka cəmi 218 (iki yüz on səkkiz) manat 36 qəpik məbləğində borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, QSC “Bank Standard” KB cavabdehdən 182 (yüz səksən iki) manat 83 qəpik məbləğində əsas borc, 6 (altı) manat 76 qəpik məbləğində faiz borcu, 5 (beş) manat 04 qəpik məbləğində cərimə borcu, 23 (iyirmi üç) manat 73 qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə cəmi 218 (iki yüz on səkkiz) manat 36 qəpik məbləğində pulun, 30 (otuz) manat məbləğində dövlət rüsümunun ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdə görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1xx/xx/103354/19 saylı müqavilə bağlanmış, xx.xx.2015-ci il tarixli 1xx/xx/103354/15 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası MBNP tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 182.83 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcunun qaytarılmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh QSC “Bank Standard” KB-na 182 (yüz səksən iki) manat 83 qəpik məbləğində əsas borc, 6 (altı) manat 76 qəpik məbləğində faiz borcu, 5 (beş) manat 04 qəpik məbləğində cərimə borcu, 23 (iyirmi üç) manat 73 qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə cəmi 218 (iki yüz on səkkiz) manat 36 qəpik məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan AZE ******** nömrəli və seriyall şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu Zizik kəndində qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat 40 qəpik qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 182 (yüz səksən iki) manat 83 qəpik məbləğində əsas borc, 6 (altı) manat 76 qəpik məbləğində faiz borcu, 01 (bir) manat 04 qəpik məbləğində cərimə borcu, 23 (iyirmi üç) manat 73 qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 214 (iki yüz on dörd) manat 36 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar