Məhkəmə qərarları › İş №e-2(027)-2057/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2057/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2057/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASCnin xeyrinə 1298,94 AZN əsas, 139,69 AZN faiz, 32,19 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 1470,82 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 34,71 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iş üzrə iddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək, "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsini geri qaytarmaqla baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, "xxxx" KB ASC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 34,71 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən "xxxx" KB ASC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114,1.5, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. "xxxx" KB ASC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 34,71 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar