Məhkəmə qərarları › İş №e-2(027)-2071/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2071/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2071/2022 04.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 6004 (altı min dörd) manat 55 qəpik əsas borc, 1756 (min yeddi yüz əlli altı) manat 79 qəpik faiz borcu, 73 (yetmiş üç) manat 62 qəpik cərimə borcu, cəmi 7334 (yeddi min üç yüz otuz dörd) manat 96 qəpik məbləğində kredit borcunun və ödənilmiş 98 (doxsan səkkiz) manat 75 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə-Hüquq şöbəsinn baş hüquqşünası Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 1084sQUBA/18 sayı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə, illik 35% ödəmək şərtilə 20 000 AZN məbləğində krediti, kredit prosedurlarına görə 5% komisyon haqqı tutulmaqla cavabdehə verə bilər. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2020-ci il tarixində illik 25% olmaqla 7000 AZN məbləğində kredit köçürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 6004 (altı min dörd) manat 55 qəpik əsas borc, 1756 (min yeddi yüz əlli altı) manat 79 qəpik faiz borcu, 73 (yetmiş üç) manat 62 qəpik cərimə borcu, cəmi 7334 (yeddi min üç yüz otuz dörd) manat 96 qəpik məbləğində kredit borcunun və ödənilmiş 98 (doxsan səkkiz) manat 75 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, o, iddianı qismən qəbul edir, faiz və cəriməylə razılaşmır. Ona 7000 manat kredit verilib və həmin kreditdən 2500 manatını qaytarıb. Ailəyə o baxır, evdə xəstə atası var. 2016-cı ildə hərbi xidmətdə olarkən mədə qanaxması nəticəsində sağlamlığında yaranan problemə görə əlilik dərəcəsi alıb. Qabaq əlilliyə görə təqaüd alıb krediti ödəyib. Sonradan həmin təqaüd də kəsilib, krediti üzrə ödənişləri edə bilməyib. Bu səbəbdən faiz və cərimə çox hesablanıb. Maddi durumu qənaətəbəxş deyildir. Göstərilənləri nəzərə alaraq ona hesablanmış faiz və cərimənin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 209nkQUBA/20 saylı saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 120 ay müddətinə, illik 35% ödəmək şərtilə 20 000 AZN məbləğində krediti, kredit prosedurlarına görə 5% komisyon haqqı tutulmaqla; İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2020-ci il tarixində illik 25% olmaqla 7000 AZN məbləğində kredit köçürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 209nkQUBA/20 saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 6004 (altı min dörd) manat 55 qəpik əsas borc, 1756 (min yeddi yüz əlli altı) manat 79 qəpik faiz borcu, 73 (yetmiş üç) manat 62 qəpik cərimə borcu, cəmi 7334 (yeddi min üç yüz otuz dörd) manat 96 qəpik məbləğində kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 7000 (yeddi min) manat kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinə görə 98 (doxsan səkkiz) manat 75 qəpik dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 98 (doxsan səkkiz) manat 75 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh 6004 (altı min dörd) manat 55 qəpik əsas borc, 1756 (min yeddi yüz əlli altı) manat 79 qəpik faiz borcu, 3 (üç) manat 62 qəpik cərimə borcu, cəmi 7764 (yeddi min yeddi yüz altmış dörd) manat 96 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 98 (doxsan səkkiz) manat 75 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6004 (altı min dörd) manat 55 qəpik əsas borc, 1756 (min yeddi yüz əlli altı) manat 79 qəpik faiz borcu, 3 (üç) manat 62 qəpik cərimə borcu, cəmi 7764 (yeddi min yeddi yüz altmış dörd) manat 96 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 98 (doxsan səkkiz) manat 75 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar