Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2086/2022 22.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıMMC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1314 (min üç yüz on dörd) manat 99 qəpik qalıq borc, 260 (iki yüz altımış) manat 36 qəpik cərimə borcu olmaqla, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 35 qəpik borcun və 35 (otuz beş) manat 75 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli XCK08901 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 1784.99 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Öhdəliyin təminatı olaraq, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdilər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün bu hüquqdan istifadə etmək qərarına gələrək, 1314 (min üç yüz on dörd) manat 99 qəpik qalıq borc, 260 (iki yüz altımış) manat 36 qəpik cərimə borcu olmaqla, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 35 qəpik borcun və 35 (otuz beş) manat 75 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: , İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli XCK08901 saylı nisyə alqısatqı müqaviləsinə əsasən borcluya 1784.99 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nə 1314 (min üç yüz on dörd) manat 99 qəpik qalıq borc, 260 (iki yüz altımış) manat 36 qəpik cərimə borcu olmaqla, cəmi 1575 (min beş yüz yetmiş beş) manat 35 qəpik təşkil edir; İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdilər; xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 35 (otuz beş) manat 75 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı MMC tərəfindən cavabdehə 1784.99 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş, nəticədə kredit təşkilatına borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 35 (otuz beş) manat 75 qəpik manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada 1314 (min üç yüz on dörd) manat 99 qəpik qalıq borc, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1334 (min üç yüz otuz dörd) manat 99 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 75 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2086/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2086/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver