Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2108/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC BOKT məhkəməyə iddia ərizəsilə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1771,01 manat əsas borc, 16,44 manat faiz borcu olmaqla, cəmi 1787,45 (bir min yeddi yüz səksən yeddi) manat 45 qəpik borc məbləğinin və ödənilmiş 37,87 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Quba rayonu, Zeyid kənd sakini Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh cəmi illik 1%-lə hesablanmaqla 1837,07 manat kredit borcuna isə müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxs Zamin arasında 4 fevral 2020-ci il tarixli 1510 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 66,06 manat əsas borcdan, 25,94 manat isə faiz borcundan ödəmişdir. Bununla da cavabdeh Güzəştli Kredit Müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1771,01 manat, faiz borcu 16,44 manat, cəmi borcu 1787,45 (bir min yeddi yüz səksən yeddi) manat 45 qəpik təşkil edir. Borclu Cavabdeh və Zamin ilə bağlanmış müqavilələlərdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh və onun zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1771,01 manat əsas borc, 16,44 manat faiz borcu olmaqla, cəmi 1787,45 (bir min yeddi yüz səksən yeddi) manat 45 qəpik borc məbləğinin və ödənilmiş 37,87 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh və Zamin qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh və Zamin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş İddiaçı QSC BOKT ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh cəmi illik 1%-lə hesablanmaqla 1837,07 manat kredit borcuna isə müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. İşə əlavə edilmiş İddiaçı QSC BOKT ilə cavabdeh Zamin arasında bağlanmış 04 fevral 2020-ci il tarixli 1510 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit Təşkilatı qarşısında 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin yarana biləcək hərcür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit müqaviləsi üzrə İddiaçı QSC BOKT-a 1771,01 manat əsas borc, 16,44 manat faiz borcu olmaqla, cəmi 1787,45 (bir min yeddi yüz səksən yeddi) manat 45 qəpik məbləğində borcu vardır. İddia ərizəsindən görünür ki, “AsanPay” vasitəsilə, ********* nömrəli mədaxil qəbzilə, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsinə görə 37 (otuz yeddi) manat 87 qəpik dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh və Zamin tərəfindən Kredit Təşkilatına olan borcu ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi və məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən ona cəmi illik 1%-lə hesablanmaqla 1837,07 manat kredit borcuna müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə kredit təşkilatına borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi” üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 37 (otuz yeddi) manat 87 qəpik dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, Cavabdehlər Cavabdeh və Zamin, müştərək qaydada, 1771 ( min yeddi yüz yetmiş bir) manat 01 qəpik əsas borc, 16 (on altı) manat 44 qəpik faiz borcu, cəmi 1787 (min yeddi yüz səksən yeddi) manat 45 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş ödənilmiş 37 (otuz yeddi) manat 87 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin, müştərək qaydada, 1771 ( min yeddi yüz yetmiş bir) manat 01 qəpik əsas borc, 16 (on altı) manat 44 qəpik faiz borcu, cəmi 1787 (min yeddi yüz səksən yeddi) manat 45 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş ödənilmiş 37 (otuz yeddi) manat 87 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2108/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2108/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver