Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2109/2022 27.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh və Zamin qarşı qarşı “ kredit borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2223,35 manat əsas borc, 20,63 manat faiz borcu olmaqla, cəmi 2243,98 (iki min iki yüz qırx üç manat doxsan səkkiz qəpik) manat borc məbləğinin və ödənilmiş 42,43 manat dövlət rüsumunun tutularaq iddiaçı "Aqrarkredif’ QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə iddianın təmin edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Quba rayonu. Alekseyevka kənd sakini Cavabdeh ilə 4 fevral 2020-ci il tarixli 2251 saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh cəmi illik 1%-lə hesablanmaqla 2239,70 manat kredit borcuna isə müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxs Zamin arasında 4 fevral 2020-ci il tarixli 1511 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz, borcunu Ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl elməmişdir. Borclu 16.35 manat əsas borcdan, 31,65 manat isə faiz borcundan ödəmişdir. Bununla da cavabdeh Güzəştli Kredit Müqaviləsinin şənlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum elmişdir. Bağlanmış 4 fevral 2020-ci il tarixli 2251 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Cavabdeh ‘'Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2223,35 manat, faiz borcu 20.63 manat, cəmi borcu 2243,98 (iki min iki yüz qırx üç manat doxsan səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının mümayənədsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2251 saylı Güzəştli Kredit Müqaviləsindən görünür ki, Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 5 il müddətinə illik 1% ödəmək şərti ilə qalıq 2239,70 manat məbləğin ödənilməsi barədə müqavilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından kredit götürmüş «Borc alan» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli xəbəradrlıq məktubundan görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə 5 gün müddətinə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.2022-ci il tarixə olan kredit və fazi borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqviləsi üzrə 2223,35 manat əsas və 20,63 manat faiz borcu vardır. -********** saylı qəbzindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı hazırki iddianın qaldırılması ilə əlaqədar 42,43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Bu baxımdan, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42,43 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2223,35 manat əsas və 20,63 manat faiz olmaqla, cəmi 2243,98 (iki min iki yüz qırx üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul və 42,43 (qırx iki manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2109/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2109/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver