Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2121/2022 22.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 22376136 nömrəli müqavilə üzrə əsas borca görə 353 (üç yüz əlli üç) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə olmaqla, ümumilikdə 388 (üç yüz səksən səkkiz) manat, xx.xx.2021-ci il tarixli 23046584 nömrəli müqavilə üzrə əsas borca görə 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə olmaqla, ümumilikdə 1034 (bir min otuz dörd) manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 34,22 (otuz dörd manat iyirrmi iki) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, “ABC TELECOM" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, sonuncu 42 (qırx iki) manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 40,30 (qırx manat otuz qəpik) manat ödəmək şərtilə 525,60 (beş yüz iyirmi beş manat altmış qəpik) manat dəyərində “Xiaomi Redmi 9T” markalı telefon, 100 (bir yüz) manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 85,50 qəpik ödəmək şərtilə 1100,80 (bir min yüz manat səksən qəpik) manat dəyərində “Acer Aspire 3 A315” markalı kompüter almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 353 (üç yüz əlli üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 35 (otuz beş) manat cərimə olmaqla, ümumilikdə 388 (üç yüz səksən səkkiz) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə, güzəşt olunaraq 94 (doxsan dörd) manat cərimə olmaqla, ümumilikdə 1034 (bir min otuz dörd) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 358,60 (üç yüz əlli səkkiz manat altmış qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə MMC arasında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli 22376136 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 42 (qırx iki) manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 40,30 (qırx manat otuz qəpik) manat ödəmək şərtilə ümumi dəyəri 525,60 (beş yüz iyirmi beş manat altmış qəpik) manat “Xiaomi Redmi 9T” markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli 23046584 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 100 (bir yüz) manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 85,50 (səksən beş manat əlli qəpik) manat ödəmək şərtilə 1100,80 (bir min yüz manat səksən qəpik) manat dəyərində “Acer Aspire 3 A315” markalı kompüter Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixli 22376136 nömrəli müqavilə üzrə 353 (üç yüz əlli üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 35 (otuz beş) manat cərimə olmaqla, ümumilikdə 388 (üç yüz səksən səkkiz) manat, xx.xx.2021-ci il tarixli 23046584 nömrəli müqavilə üzrə 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə, güzəşt olunaraq 94 (doxsan dörd) manat cərimə olmaqla, ümumilikdə 1034 (bir min otuz dörd) manat borc hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 34,22 (otuz dörd manat iyirrmi iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan xx.xx.2021-ci il tarixli 22376136 nömrəli və xx.xx.2021-ci il tarixli 23046584 nömrəli müqavilənin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 34,22 (otuz dörd manat iyirrmi iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 22376136 nömrəli müqavilə üzrə əsas borca görə 353 (üç yüz əlli üç) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə olmaqla, ümumilikdə 388 (üç yüz səksən səkkiz) manat, xx.xx.2021-ci il tarixli 23046584 nömrəli müqavilə üzrə əsas borca görə 940 (doqquz yüz qırx) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə olmaqla, ümumilikdə 1034 (bir min otuz dörd) manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 34,22 (otuz dörd manat iyirrmi iki) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2121/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2121/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver