Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2137/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəylə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 375,51 (üç yüz yetmiş beş manat əlli bir qəpik) AZN, faiz borcu 38.67 (otuz səkkiz manat altmış yeddi qəpik) AZN, cərimə məbləği 2.98 (iki manat doxsan səkkiz qəpik) AZN olmaqla, cəmi 417,16 (dörd yüz on yeddi manat on altı qəpik) AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, İddiaçı BOKT MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən İddiaçı BOKT MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı BOKT MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı BOKT MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-2137/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2137/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver