Məhkəmə qərarları › İş №e-2(027)-2138/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2138/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2138/2022 25.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə Samsug TV, Sonorous Surefix asqı, Hunkar-Yumşaq-Kunc SL üçün 3817 (üç min səkkiz yüz on yeddi) manat 60 qəpik ödənilməmiş hissə, 680 (altı yüz səksən) manat 40 qəpik dəbbə, xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə İmei kodu **********57841 olan iPhone 12 markalı telefon, Apple 20VV-SB-C Adapter, Class ıntaleo üçün 3021 (üç min iyirmi bir ) manat ödənilməmiş hissə, 722 (yeddi yüz iyirmi iki) manat dəbbə borcu, ümumilikdə 8241 (səkkiz min iki yüz qırx bir) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 102 (yüz iki) manat 41 qəpik məbləğdə pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Rauf Süleymanlı məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 23031214 nömrəli müqaviləyə əsasən, Samsug TV, Sonorous Surefix asqı, Hunkar-Yumşaq- Kunc SL, xx.xx.2021-ci il tarixli 23031107 nömrəli müqaviləyə əsasən İmei kodu **********57841 olan iPhone 12 markalı telefon, Apple 20VV-SB-C Adapter, Class ıntaleo almış və nəticədə 8241 (səkkiz min iki yüz qırx bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3817 (üç min səkkiz yüz on yeddi) manat 60 qəpik ödənilməmiş hissə, 680 (altı yüz səksən) manat 40 qəpik dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3021 (üç min iyirmi bir ) manat ödənilməmiş hissə, 722 (yeddi yüz iyirmi iki) manat dəbbə ümumilikdə, ümumilikdə 8241 (səkkiz min iki yüz qırx bir) manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 475.5 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə Samsug TV, Sonorous Surefix asqı, Hunkar- Yumşaq-Kunc SL üçün 3817 (üç min səkkiz yüz on yeddi) manat 60 qəpik ödənilməmiş hissə, 680 (altı yüz səksən) manat 40 qəpik dəbbə, xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə İmei kodu **********57841 olan iPhone 12 markalı telefon, Apple 20VV-SB-C Adapter, Class ıntaleo üçün 3021 (üç min iyirmi bir ) manat ödənilməmiş hissə, 722 (yeddi yüz iyirmi iki) manat dəbbə borcu, ümumilikdə 8241 (səkkiz min iki yüz qırx bir) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 102 (yüz iki) manat 41 qəpik məbləğdə pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23031214 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC-dən Samsug TV, Sonorous Surefix asqı, Hunkar-Yumşaq-Kunc SL almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23031107 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC-dən İmei kodu **********57841 olan iPhone 12 markalı telefon, Apple 20VV-SB-C Adapter, Class ıntaleo almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə 3817 (üç min səkkiz yüz on yeddi) manat 60 qəpik ödənilməmiş hissə, 680 (altı yüz səksən) manat 40 qəpik dəbbə; xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə 3021 (üç min iyirmi bir ) manat ödənilməmiş hissə, 722 (yeddi yüz iyirmi iki) manat dəbbə borcu, ümumilikdə 8241 (səkkiz min iki yüz qırx bir) manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan MAPS arışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən kreditlə məhsul almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında ödəniş cədvəli üzrə məhsulun məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan məhsul almasına dair hüququndan istifadə etmiş, məhsulun dəyərini, həmin məbləğdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC nisyə verdiyi məhsulun dəyərini, həmin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə əsas borc 3817.60 manat, xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə 3021 manat, hesablanmış dəbbə pulları tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə 680.4 manatdan 40.40 manata, xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə 722 manatdan 42 manata qədər azaldılmalıdır. Göstərilənlərə əsasən və cavabdehin əmlak mənafelərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə təmin edilməli, xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə Samsug TV, Sonorous Surefix asqı, Hunkar-Yumşaq-Kunc üçün 3817 (üç min səkkiz yüz on yeddi) manat 60 qəpik ödənilməmiş hissə, 40 (qırx) manat 40 qəpik dəbbə, xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə İmei kodu **********57841 iPhone 12 markalı telefon, Apple 20VV-SB-C Adapter, Class ıntaleo üçün 3021 (üç min iyirmi bir ) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə borcu və dövlət rüsumu üçün ödənilmiş 102 (yüz iki) manat 41 qəpik məbləğdə pul vəsaiti Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 102 (yüz iki) manat 41 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəməyə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 23031214 saylı müqavilə üzrə Samsug TV, Sonorous Surefix asqı, Hunkar-Yumşaq-Kunc üçün 3817 (üç min səkkiz yüz on yeddi) manat 60 qəpik ödənilməmiş hissə, 40 (qırx) manat 40 qəpik dəbbə, xx.xx.2021-ci il tarixli 23031107 saylı müqavilə üzrə İmei kodu **********57841 iPhone 12 markalı telefon, Apple 20VV-SB-C Adapter, Class ıntaleo üçün 3021 (üç min iyirmi bir ) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə borcu və dövlət rüsumu üçün ödənilmiş 102 (yüz iki) manat 41 qəpik məbləğdə pul vəsaiti Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar