Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2161/2022 29.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh 398 (üç yüz doxsan səkkiz) manat 41 qəpik məbləğində əsas borc, 354 (üç yüz əlli dörd) manat 27 qəpik müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 923 (doqquz yüz iyirmi üç) manat 35 qəpik məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenium qərarına əsasən hesablanmış 248 (iki yüz qırx səkkiz) manat 46 qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 1924 (min doqquz yüz iyirmi dörd) manat 49 qəpik məbləğində pulun, 40 (qırx) manat məbləğində dövlət rüsümunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 152/03 saylı müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 24% dərəcəsiylə, 2500 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi məktub göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi barədə heç bir tədbir görməmiş, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka cəmi 1924 (min doqquz yüz iyirmi dörd) manat 49 qəpik məbləğində borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 398 (üç yüz doxsan səkkiz) manat 41 qəpik məbləğində əsas borc, 354 (üç yüz əlli dörd) manat 27 qəpik müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 923 (doqquz yüz iyirmi üç) manat 35 qəpik məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenium qərarına əsasən hesablanmış 248 (iki yüz qırx səkkiz) manat 46 qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 1924 (min doqquz yüz iyirmi dörd) manat 49 qəpik məbləğində pulun, 40 (qırx) manat məbləğində dövlət rüsümunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 152/03 saylı müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 24% dərəcəsiylə, 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 398 (üç yüz doxsan səkkiz) manat 41 qəpik məbləğində əsas borc, 354 (üç yüz əlli dörd) manat 27 qəpik müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 923 (doqquz yüz iyirmi üç) manat 35 qəpik məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenium qərarına əsasən hesablanmış 248 (iki yüz qırx səkkiz) manat 46 qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 1924 (min doqquz yüz iyirmi dörd) manat 49 qəpik məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsindən ötrü 40 (qırx) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən müqavilə əsasında 12 ay müddətinə, illik 24% dərəcəsiylə, 2500 manat məbləğində kredit verilmiş, Cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 398 (üç yüz doxsan səkkiz) manat 41 qəpik məbləğində əsas borc, 354 (üç yüz əlli dörd) manat 27 qəpik faiz borcu, 23 (iyirmi üç) manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenium qərarına əsasən hesablanmış 248 (iki yüz qırx səkkiz) manat 46 qəpik faiz borcu, ümumilikdə cəmi 1024 (min iyirmi dörd) manat 14 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2161/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2161/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver