Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2181/2022 30.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “GREE kondisioner” üçün 1210 (min iki yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 60 qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Toshiba Led tv, TO-Modem, Xiaomi Wifi” üçün 1184 (min yüz səksən dörd) manat 20 qəpik ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat 80 qəpik cərimə;ümumilikdə 2635 (iki min altı yüz otuz beş) manat borc və 46 (qırx altı) manat 35 qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “GREE kondisioner”, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Toshiba Led tv, TO-Modem, Xiaomi Wifi” almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1210 (min iki yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 60 qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1184 (min yüz səksən dörd) manat 20 qəpik ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat 80 qəpik cərimə; ümumilikdə 2635 (iki min altı yüz otuz beş) manat borc və 46 (qırx altı) manat 35 qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “GREE kondisioner”; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Toshiba Led tv, TO-Modem, Xiaomi Wifi” almışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh "xxxx" MMC-nə xx.xx.2021ci il tarixli müqavilə üzrə 1210 (min iki yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 60 qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1184 (min yüz səksən dörd) manat 20 qəpik ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat 80 qəpik cərimə; ümumilikdə 2635 (iki min altı yüz otuz beş) manat məbləğində borcu yaranmışdır; İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 46 (qırx altı) manat 35 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan MAPS arayışdan görünür ki, Cavabdeh Quba şəhəri, Fətəlixan küçəsi, ev 57, mənzil 9 qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 46 (qırx altı) manat 35 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1210 (min iki yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 12 (on iki) manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1184 (min yüz səksən dörd) manat 20 qəpik ödənilməmiş hissə, 18 (on səkkiz) manat 80 qəpik cərimə, ümumilikdə 2426 (iki min dörd yüz iyirmi altı) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 46 (qırx altı) manat 35 qəpik məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2181/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2181/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver