Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2217/2024 06.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Seyidov Vüqar Mircuma oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3524.04 (üç min beş yüz iyirmi dörd manat dörd qəpik) manat zərər məbləğinin və ödənilmiş 55.24 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində Xaçmaz rayonu, Gəndob-Yalama yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 21074 minik” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MİTSUBİSHİ L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MİTSUBİSHİ L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindənxx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinəqədər CSB ********* saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “MİTSUBİSHİ L200 minik” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, 3774,04 (üç min yeddi yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 3774,04 manat dəymiş zərərin məbləği olaraq,"xxxx" MMC-nin hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə İİ Tağım xx.xx.2021-ci il tarixli arayışından və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Piriyev X2 Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MİTSUBİSHİ L200 min”ikmarkalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsiri ucbatından maddi ziyan dəymişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MİTSUBİSHİ L200 min”ikmarkalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişzərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən cavabdehə (mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından) qarşı iddiaçının subroqasiya tələbi yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində Xaçmaz rayonu, Gəndob-Yalama yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 21074 minik” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MİTSUBİSHİ L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MİTSUBİSHİ L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlıavtomobil "xxxx" ASC tərəfindənxx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinəqədər CSB ********* saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. İş materiallarında olan Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində Xaçmaz rayonu, Gəndob-Yalama yolunun 37-ci kilometrliyində baş verməsi, “MİTSUBİSHİ L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 3774,04 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 55.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 31,12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin olunsun. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 3524,04 manat pul vəsaiti və ödənilmiş 55,24 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2217/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2217/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver