Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2232/2022 02.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı ASC-nin X5 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyənetdim: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, TuranBank ASCnin“Xaçmaz” filialı ilə X6 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, İK № 8016/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 8016/F-19 saylı kredit müqaviləsi üzrə X1 4589.58 AZN (dörd min beş yüz səksən doqquz manat əlli səkkiz qəpik) əsas, 53.85 AZN (əlli üç manat səksən beş qəpik) faiz, 6.86 AZN (altı manat səksən altı qəpik)cərimə borcu olmaqla, cəmi borcu 4650.29 AZN (dörd min altı yüz əlli manat iyirmi doqquz qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 66.51 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – X6, zaminlər– X8 oğlu və X9) birgə qaydada tutularaq, TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsində bankla kredit müqaviləsi bağlamış və iddia tələbinin yönəldiyi cavabdeh X2 və zaminlər – X8 və X7 ünvanı ünvan 1n normasının tələbinə əsasən iddia cavabdehlərin qeydiyyata alındığı yer üzrə Xaçmaz Rayon Məhkəməsinə verilməli və işə ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı idi. Hazırki iş ərazi aidiyyət qaydaları pozulmaqla, səhvən Quba Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı ASC-nin X5 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2232/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2232/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver