Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2248/2025 02.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli, MXD2863-2024 saylı kredit müqaviləsi üzrə 3616,58 (üç min altı yüz on altı manat 58 qəpik) manat əsas, 80,91 (səksən manat 91 qəpik) manat faiz, 4,36 (dörd manat 36 qəpik) manat cərimə borcu, 5,02 (beş manat 02 qəöpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 3706,87 (üç min yeddi yüz altı manat 87 qəpik) manat borcun, xx.xx.2024cü il tarixli, MXD-2864-2024 saylı Plastik Kart müqaviləsi üzrə 499,88 (dörd yüz doxsan doqquz manat 88 qəpik) manat əsas, 51,15 (əlli bir manat 15 qəpik) manat faiz, 8,05 (səkkiz manat 05 qəpik) manat cərimə borcu, 0,69 (sıfır manat 69 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 559,77 (beş yüz əlli doqquz manat 77 qəpik) manat borcun və 62,66 (altmış iki manat 66 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2863-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 14 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli, MXD-2863-2024 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 240,06 (iki yüz qırx manat 06 qəpik) manat təşkil edir. Eyni zamanda İddiaçı ASC (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2864-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 500 (beş yüz) manat məbləğində plastik kredit kartı verilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2863-2024 xx.xx.2024-cü il tarixli və MXD-2864- 2024 saylı Kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, kredit müqavilələri üzrə borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh pretenziya məktubunu qəbul etməkdən imtina etmişdir. Hazırda xx.xx.2024-cü il tarixli, MXD-2863- 2024 saylı saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 3706,87 (üç min yeddi yüz altı manat 87 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 3616,58 (üç min altı yüz on altı manat 58 qəpik) manat əsas borcu, 80,91 (səksən manat 91 qəpik) manat faiz borcunu, 4,36 (dörd manat 36 qəpik) manat cərimə borcunu, 5,02 (beş manat 02 qəpik) manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcunu ehtiva edir. xx.xx.2024-cü il tarixli, MXD-2864-2024 saylı Plastik Kart müqaviləsi üzrə isə “Bank” qarşısında 559,77 (beş yüz əlli doqquz manat 77 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 499,88 (dörd yüz doxsan doqquz manat 88 qəpik) manat əsas borcu, 51,15 (əlli bir manat 15 qəpik) manat faiz borcunu, 8,05 (səkkiz manat 05 qəpik) manat cərimə borcunu, 0,69 (0 manat 69 qəpik) manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcunu ehtiva edir. Qeyd edilir ki, faiz borcu pretenziya məktubunda göstərilən tarixə hesablanmış faiz borcunu ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X4 məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh borc tələbinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MXD-2863-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 14 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. MXD-2864-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 500 (beş yüz) manat məbləğində plastik kredit kartı verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2024-cü il tarixli, MXD2863- 2024 saylı kredit müqaviləsi üzrə 3616,58 (üç min altı yüz on altı manat 58 qəpik) manat əsas, 80,91 (səksən manat 91 qəpik) manat faiz, 4,36 (dörd manat 36 qəpik) manat cərimə borcu, 5,02 (beş manat 02 qəöpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 3706,87 (üç min yeddi yüz altı manat 87 qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, MXD-2864-2024 saylı Plastik Kart müqaviləsi üzrə 499,88 (dörd yüz doxsan doqquz manat 88 qəpik) manat əsas, 51,15 (əlli bir manat 15 qəpik) manat faiz, 8,05 (səkkiz manat 05 qəpik) manat cərimə borcu, 0,69 (sıfır manat 69 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 559,77 (beş yüz əlli doqquz manat 77 qəpik) manat kredit borcu vardır. Ödəniş cədvəlinə əsasən bank tərəfindən X3 xx.xx.2024-cü il tarixli, MXD2863-2024 saylı və xx.xx.2024-cü il tarixli, MXD-2864-2024 saylı kredit müqaviləsi üzrə kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 62.66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, MXD-2863-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 14 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. MXD-2864-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 500 (beş yüz) manat məbləğində plastik kredit kartı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edlmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə bank qarşısında cavabdehin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. AR Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hazırda tələb edilən cərimə məbləğini əsas borca münasibətdə uyğun olmasını nəzərə alaraq, həmin hissədə iddia tələbini əsaslı hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin ididaçı bank qarşısında hazırda xx.xx.2024-cü il tarixli, MXD2863-2024 saylı kredit müqaviləsi üzrə 3616,58 (üç min altı yüz on altı manat 58 qəpik) manat əsas, 80,91 (səksən manat 91 qəpik) manat faiz, 4,36 (dörd manat 36 qəpik) manat cərimə borcu, 5,02 (beş manat 02 qəöpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 3706,87 (üç min yeddi yüz altı manat 87 qəpik) manat, xx.xx.2024-cü il tarixli, MXD-2864- 2024 saylı Plastik Kart müqaviləsi üzrə 499,88 (dörd yüz doxsan doqquz manat 88 qəpik) manat əsas, 51,15 (əlli bir manat 15 qəpik) manat faiz, 8,05 (səkkiz manat 05 qəpik) manat cərimə borcu, 0,69 (sıfır manat 69 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 559,77 (beş yüz əlli doqquz manat 77 qəpik) manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 62.66 (altmış iki manat, altmış altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, MXD2863-2024 saylı kredit müqaviləsi üzrə 3616,58 (üç min altı yüz on altı manat 58 qəpik) manat əsas, 80,91 (səksən manat 91 qəpik) manat faiz, 4,36 (dörd manat 36 qəpik) manat cərimə borcu, 5,02 (beş manat 02 qəöpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 3706,87 (üç min yeddi yüz altı manat 87 qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, MXD-2864-2024 saylı Plastik Kart müqaviləsi üzrə 499,88 (dörd yüz doxsan doqquz manat 88 qəpik) manat əsas, 51,15 (əlli bir manat 15 qəpik) manat faiz, 8,05 (səkkiz manat 05 qəpik) manat cərimə borcu, 0,69 (sıfır manat 69 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 559,77 (beş yüz əlli doqquz manat 77 qəpik) manat və dövlət rüsumu üçün ödənilmiş 62.66 (altmış iki manat, altmış altı qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli