Məhkəmə qərarları › İş №e-2(027)-227/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-227/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-227/2023 09.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" BOKT MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı Bank Olmayan Kredit Təşkilatı Effektinvest” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, KFP-031/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, Z-031/2019 saylı “Zamin”lik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı Effektinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixə olan 2127,04 (iki min bir yüz iyirmi yeddi manat dörd qəpik) AZN manat məbləğində əsas borcun, 5,58 (beş manat əlli səkkiz qəpik) AZN manat məbləğində faiz borcunun, ümumilikdə 2132,62 (iki min bir yüz otuz iki manat altmış iki qəpik) AZN manatı məbləğində pulun və 41,74 (qırx bir manat yetmiş dörd qəpik) AZN manatı dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətnin (bundan sonra "İddiaçı" adlanacaq) “Borcalan” Cavabdeh1 (bundan sonra "Cavabdeh" adlanacaq) arasında bağlanmış ”18” iyun 2019-cu il tarixli, KFP-031/2019 saylı güzəştli kredit müqaviləsinə (bundan sora “Kredit müqaviləsi” adlanacaq) və borc öhdəliyinin təminat üsulu olan Cavabdeh2 ilə bağlanmış ”18” iyun 2019-cu il tarixli, Z-031/2019 saylı “Zamin”lik müqaviləsinə (bundan sora “Zaminlik müqaviləsi” adlanacaq) əsasən BOKT "xxxx" MMCdən aldığı kredit borcunun ödənilməmiş 2271 AZN kredit borcu qalığından istifadə 5 il müddətinə, illik 1% ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0.1% hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə dövlət vəsaiti hesabına restrukturizasiya edilmişdir. Cavabdehlərlə güzəştli kredit və zaminlik müqaviləsi bağlanandan sonra ümumilikdə 209AZN ödəniş edilmişdir. Bu ödənişdən 143.96 AZN əsas borca, 65.04 AZN faiz borcuna ödəniş edilmişdir. Cavabdehlərlə borc üzrə ödəniş etməsinin zəruriliyi telefon əlaqələrində və yazılı xəbərnamələrlə bildirilmişdir. Sonuncu dəfə 20 aprel 2022-ci il tarixli, 063/2022 saylı məktubla edilən Xəbərdarlıq-pretenziya sonra ümumilikdə 197 AZN edilmişdir. Sonuncu ödəniş xx.xx.2022- ci il tarixdə 96.24 AZN əsas borca və 2.76 AZN faiz borcuna edilmişdir. Cavabdehlər bu ödənişdən sonra Cavabdeh1 telefonla danışıqda ödəniş edəcəyini vəd etsə də kredit üzrə heç bir ödəniş etməmişdir. Zamin Cavabdeh2 kredit üzrə Xəbərdarlıqpretenziya cavab verməmişdir. Bu iddia ərizəsi əsasında verilən borc tələbibi üzrə 2127.04 əsas borcu və 5.58 AZN faiz, ümumilikdə 2132.67 AZN ödənilməmiş kredit borcu vardır. Kredit borcu üzrə dəbbə hesablanmamışdır. Məlum olduğu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq borcalanların manafeləri üçün dövlət vəsaiti hesabına mühüm güzəştli tədbiri qaşılığında cavabdehlər kredit borcu üzrə heç bir ödəniş etməməklə öhdəliyin icrasından qərəzli yayınırlar. Kredit müqaviləsinin 7-ci bəndinin şərtlərinə müvafiq olaraq “Kreditor”- İddiaçı “Borcalandan –cavabdehdən” pul öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Qeyd olunduğu kimi ”18” iyun 2019-cu il tarixli, KFP-031/2019 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olaraq “Borcverən” “İddiaçı” BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında AR MM-nin 471.-ci maddəsinin tələbinə müvafiq olaraq ”18” iyun 2019-cu il tarixli i, Z-031/2019 saylı “Zamin”lik müqaviləsi bağlanmışdır. Qanunun qeyd olunan normativ tələblərinə müvafiq olaraq kredit müqaviləsi üzrə “Cavabdeh” - “Zamin” şəxs kredit borcu üzrə bütün öhdəliklərin icrasının təmin edilməsi öhdəliklərinə görə cavabdeh-borcalanla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətin daşıyıcısı olmaqla kredit üzrə ödənişlərin icraçısına cavabdeh olmuşdur, lakin öhdəliyin icrasını vaxtında və lazımı qaydada təmin etməmişdir. Qeyd olunan müqavilələrin şərtlərinə, faktiki vəziyyətə və normativ tələblərə müvafiq olaraq “Cavabdeh”-“Zamin” borc öhdəliyinin icrasının gecikdirilməsində bilavasitə təqsirli hərəkət və ya hərəkətsizliklərə yol verilməsinin bilavasitə iştirakçısıdır və öhdəliklərin icra edilmədiyi bütün halları üçün cavabdeh – borcalanla bərabər - müştərək cavabdehdir. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə və maddi hüquq normalarının tələblərinə müvafiq olaraq verilən bu iddia ərizəsinin əsası olan iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə “Cavabdeh”- “Borcalan” Cavabdeh1 arasında bağlanmış ”18” iyun 2019-cu il tarixli, KFP-031/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə əsasən aşağıdakı məbləğlər üzrə cavabdehlərdən xx.xx.2022-ci il rarixə borc tələbi verilir: əsas borc: 2127.04 (iki min bir yüz iyimi yeddi manat 04 qəpik) AZN; faiz borcu: 5.58 (beş manat 58 qəpik) AZN; ümumi borc 2132.62 (iki min bir yüz otuz iki manat 62 qəpik AZN. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndrərək, məhkəmə prosesinin "xxxx" BOKT MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, KFP-031/2019 saylı Kredit müqaviləsindən, həmin tarixli kassa məxaric orderindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 60 ay ay müddətinə illik 1% ödəmək şərti ilə Cavabdeh1 2271 (iki min iki yüz yetmiş bir) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC-dən kredit götürmüş «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" BOKT MMC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan "xxxx" BOKT MMC-nin Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə "xxxx" BOKT MMC-yə olan əsas borcu 2127,04 manat, faiz borcu 5,58 manat, dəbbə borcu 0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 41,74 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit (restrukturizasiya) müqaviləsi üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozduğundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" BOKT MMCnin xeyinə 2127,04 manat məbləğində əsas borc, 5,58 manat faiz borcu olmaqla, cəmi 2132,62 (iki min bir yüz otuz iki manat altmış iki qəpik) manat borc və 41,74 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" BOKT MMC-nin xeyinə 2127,04 manat məbləğində əsas borc, 5,58 manat faiz borcu olmaqla, cəmi 2132,62 (iki min bir yüz otuz iki manat altmış iki qəpik) manat borc və 41,74 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar