Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2328/2022 10.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və MX1na qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdehlər MX1ndan və Cavabdeh1 müştərək qaydada 1674,90 manat əsas borcun, 6,51 manat faiz borcunun, cəmi 1681,41 (bir min altı yüz səksən bir manat qırx bir qəpik) manat əsas borc məbləğinin və ödənilmiş 36, 81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin MX1na qarşı 1771,45 manat əsas, 1017,0 manat faiz, cəmi 2788,45 (iki min yeddi yüz səksən səkkiz manat qırx beş qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da 18 oktyabr 2017-ci il tarixli S-FK-QUB- 98 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildiririk ki, İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSCnin Səhmdarının 09 iyul 2021-ci il tarixli 04 saylı Protokol Qərarının icrasının təmin edilməsi məqsəd ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Quba şəhər sakini X1 ilə 29 dekabr 2021-ci il tarixli 2465 saylı Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə 1017,0 manat faiz borcuna tətbiq edilmiş qalan 1771,45 manat borcuna isə müqavilə imzalandığı tarixdən 3 (üç) il müddətədək uzaldılmışdır. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxs Cavabdeh1 arasında 29 dekabr 2021-ci il tarixli 1725 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh MX1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Son nəticədə o, restrukturizasiya müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 29 dekabr 2021-ci il tarixli 2465 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdeh MX1nın İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1674,90 manat, faiz borcu 6,51 manat, cəmi borcu 1681,41 (bir min altı yüz səksən bir manat qırx bir qəpik) manat təşkil etmişdir. Cavabdeh MX1 ilə bağlanmış restrukturizasiya müqaviləsinin 2.4-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna hesablanan illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2%-lə faiz hesablanır. Borclu MX1 və zamin Cavabdeh1 ilə bağlanmış müqavilələlərdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə cavabdeh MX1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumar verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "AqrarKredit” QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixdə 2465 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1771,45 manat məbləğində kredit verilmişdir. Kredit Vəsaitinin təminatı kimi zamin MX1 ilə xx.xx.2021- ci il tarixdə 1725 saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, 29 dekabr 2021-ci il tarixli 2465 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdeh MX1nın İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1674,90 manat, faiz borcu 6,51 manat, cəmi borcu 1681,41 (bir min altı yüz səksən bir manat qırx bir qəpik) manat təşkil edir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1 maddəsinə görə zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissə- hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1. maddəsiə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə , əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmaybsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2 maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 ilə 29 dekabr 2021-ci il tarixdə 2465 saylı kredit müqaviləsi və MX1 29 dekabr 2021-ci il tarixdə 1725 saylı zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirmədiyindən, onlardan 1674,90 manat məbləğdə əsas, 6,51 manat məbləğdə faiz borcu iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36, 81 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və MX1ndan ödənilməmiş 1674,90 (min altı yüz yetmiş dörd manat, qoxsan qəpik) manat əsas, 6,51 (altı manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 1681,41 manat (min altı yüz səksən bir manat, qırx bir qəpik), manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 36,81 manat məbləğində pul İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2328/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2328/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver