Məhkəmə qərarları › İş №e-2(027)-2354/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2354/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2354/2023 25.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat borcun, məhkəmə üçün ödənilmiş 145,50 manat dövlət rüsumu və 100 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin cəmi 18745,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı uzaq qohumudur, İddiaçı qəssablıqla məşğul olur, o, iribuynuzlu heyvan almağa gedərkən qohumu Cavabdeh onunla avtomabildə bir yerdə olmuşdur, Zamiq marketə düşərkən Cavabdeh avtomabilin yanında durmasını söyləmişdir, avtomabilə geri qayıtdıqda Eşqinin avtomabilin yanında olmadığını, dərhal avtomabilin saxlanc yerini açaraq yoxlayanda pulların yerində olmadığını görmüş və Eşqinə zəng edib pulları soruşmuşdur. Eşqin bir neçə zəngdən sonra Zamiqə cavab verib pulların onda olduğunu, verəcəyini və narahat olmamasını bildirmişdir. Bundan sonra Zamiq məcbur olub polis şöbəsinə şikayət edib. Xaçmaz rayon polis şöbəsində araşdırma aparılmışdır. Bundan sonra Cavabdeh Xaçmaz RPŞ İB-də izahat verərək bildirmişdir ki o, İddiaçı pulu oğurlamamış borc niyyəti ilə 18.000 (on səkkiz min) manat pul almışdır, lakin aldığı pulu Zamiqə geri qaytarmamışdır. Xaçmaz RPŞ-də araşdırma aparıldıqdan sonra 20 fevral 2023-cü il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və onlara mülki qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan başqa Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı iltizam verərək borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pulun 15.000 manatını xx.xx.2023-cü il tarixdə ödəməyi, qalıq 3500 manatı isə hər ay min manat olmaqla ödəməyi öhtəsinə götürmüşdür. Lakin Cavabdeh yenə də yazdığı iltizama əməl etməyərək pulu qaytarmamışdır. Lakin cavabdeh aldığı borc məbləğini şərtləşdirilmiş tarixdə qaytarmamışdır. Bununla əlaqədar olaraq iddiaçı borcun qaytarılması ilə bağlı dəfələrlə danışıqlar aparmış və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə cavabdehin ünvanına pretenziyada göndərmişdir. Cavabdeh həmin pretenziyaya heç bir cavab verməmişdir. Bütün cəhdlərə baxmayaraq cavabdeh bu günədək borc məbləğini iddiaçıya qaytarmamışdır və borcun qaytarılmasından yayınmışdır. Cavabdeh bu günədək İddiaçı aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, izahatında cavabdehin iddiaçıdan hissə-hissə 18500 manat pul aldığını, həmin borclu olduğu pulu qaytacağına dair öhdəlik götürməsini, bu barədə iltizam olduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, İddiaçı ondan 18500 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi barədə iddiasını qəbul etdiyini, həqiqətən də İddiaçı iki dəfəyə 9000 və 9500 manat aldığını, İddiaçı borcu olduğu pulu qaytarılmasına dair öhdəlik götürməsi barədə sadə yazılı iltizamı özü verib imzaladığını, həmin pulun 1700 manatını qaytardığını, lakin pulu tam qaytarmadığını, halhazırda iddiaçıya 16800 manat məbləğində pul verməli olduğunu və 16800 manat tələblə bağlı iddianın təmin olunmasına etirazının olmadığını və həmin borcu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sadə yazlı iltizamdan görünür ki, həmin iltizamda Cavabdeh İddiaçı borclu olduğu 18500 manat pulun 15 000 manatını xx.xx.2023-cü il tarixdə ödəməyi öhdəsinə götürməsini, qalıq 3.500 manatı isə hər ay 1000 manat olmaqla ödəyəcəyini göstərmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehə 5 təqvim günü müddətində borcun ödənilməsi təklif olunmuş, əks halda borcun tutulması üçün məhkəmyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş matreriallarında olan 20 fevral 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında müdamadi borc münasibətləri olmuş, İddiaçı bir neçə dəfə Cavabdeh qazanc əldə etmək məqsədilə borc pul vermiş, araşdırma zamanı Cavabdeh Zami1 Kərəməlıyevə məxsus 23000 manat pulun oğurlanması heç bir mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Lakin Cavabdeh öz izahatında görünür ki, onun İddiaçıa 18000 manat pul borcu vardır. İddiaçı Azərbaycan Respublikası DİN-nin “102" xidmətinə etdiyi müraciəti əsasında HK-1/227 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Habelə İddiaçı pul tələbi ilə bağlı mülkiprossesual qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəblərzdən görünür ki, cavabdeh tərəfindən İddiaçı hesabına 1000 manat, 500 manat və 200 manat olmaqla cəmi 1700 AZN məbləğində pul ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə 100 manat pul ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı 145,50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı məxsus 16800 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 16800 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. İddiaçı, 18500 manat əsas borc tələb etsə də, məhkəmə araşdırması zamanı, həmçinin cavabdehin izahatından və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərlə müəyyən olunur ki, Cavabdeh İddiaçı 16800 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh tələb olunan 16800 manat məbləğdən artıq tələb məbləği hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16800 (on altı min səkkiz yüz) manat pul alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardım ilə əlaqədar 100 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 145,50 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16800 (on altı min səkkiz yüz) manat pul alınaraq, İddiaçı verilsin. Hüquqi yardım ilə əlaqədar 100 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 145,50 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar