Məhkəmə qərarları › İş №e-2(027)-2381/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2381/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2381/2022 05.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə xx.xx.2022 -ci il tarixli, 33811 saylı müqaviləsinə əsasən 599.99 (AZN) manat əsas, 60 (AZN) manat cərimə borcu, xx.xx.2022 -ci il tarixli, 34263 saylı 679.99 (AZN) manat əsas, 70 (AZN) manat cərimə borcu və xx.xx.2022 -ci il tarixli, 34408 saylı müqaviləsinə əsasən 679.99 (AZN) manat əsas, 70 (AZN) manat cərimə borcu olmaqla ümumilikdə 2159.97 (AZN) manat məbləğində borcun və 42 (AZN)manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2201.97 (AZN) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERAElectronics” mağazası arasında imzalanmış xx.xx.2022 -ci il tarixli, 33811 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi, xx.xx.2022 -ci il tarixli, 34263 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi və xx.xx.2022 -ci il tarixli, 34408 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2022 -ci il tarixli, 33811 saylı, xx.xx.2022 -ci il tarixli, 34263 saylı və xx.xx.2022 -ci il tarixli, 34408 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu 1 aydan çox müddətdir ki ödəməmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2022 -cu il tarixdə 40 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda Borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERAElectronics”-ə olan borcu 599.99 (AZN) manat əsas, 60 (AZN) manat cərimə borcu, 679.99 (AZN) manat əsas, 70 (AZN) manat cərimə borcu və 679.99 (AZN) manat əsas, 70 (AZN) manat cərimə borcu olmaqla ümumilikdə 2159.97 (AZN) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERAElectronics” mağazası arasında imzalanmış xx.xx.2022 -ci il tarixli, 33811 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi, xx.xx.2022 -ci il tarixli, 34263 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi və xx.xx.2022 -ci il tarixli, 34408 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2022 -ci il tarixli 33811 saylı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərti ilə 599.99 manat əsas, 60 manat cərimə borcu İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2022 -ci il tarixli 34263 saylı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərti ilə 679.99 manat əsas, 70 manat cərimə borcu İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2022 -ci il tarixli 34408 saylı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərti ilə 679.99 manat əsas, 70 manat cərimə borcu İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur Ərizəyə əlavə olunmuş Pretenziya məktubundan görünür ki, Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək, xx.xx.2022 -ci il tarixli, 33811 saylı müqavilə üzrə 599.99 manat, xx.xx.2022-ci il tarixli 34263 saylı müqavilə üzrə 679.99 manat və xx.xx.2022-ci il tarixli 34408 saylı müqavilə üzrə 679.99 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2022-ci il tarixli 33811 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 2 manat, xx.xx.2022-ci il tarixli 34263 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 3 manat xx.xx.2022-ci il tarixli 34408 saylı müqailəsinə əsasən 3 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 42 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh xx.xx.2022 -ci il tarixli, 33811 saylı müqaviləsinə əsasən 599.99 manat əsas, 2 manat cərimə borcu, xx.xx.2022 -ci il tarixli, 34263 saylı 679.99 manat əsas, 3 manat cərimə borcu və xx.xx.2022 -ci il tarixli, 34408 saylı müqaviləsinə əsasən 679.99 manat əsas, 3 manat cərimə və 42 (qırx iki) manat ödənilmiş dövlət rüsumu, İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar