Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2407/2021 29.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı “FERRUM KAPİTAL” MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair kiçik mübahisələrə üzrə iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : İddiaçı “FERRUM KAPİTAL” MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair kiçik mübahisələrə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlərr. Kiçik mübahisələrə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbzi əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçı “FERRUM KAPİTAL” MMC-nə kiçik mübahisələrə üzrə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı “FERRUM KAPİTAL” MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair kiçik mübahisələrə üzrə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı “FERRUM KAPİTAL” MMC-nə izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2407/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2407/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver