Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2420/2022 16.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qıznın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Cəlal oğlu, Cavabdeh2, X2 və Cavabdeh4 Cəlal qızına qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 2642.09 AZN (iki min altı yüz qırx iki manat doqquz qəpik) əsas, 13.42 AZN (on üç manat qırx iki qəpik) faiz, 6.63 AZN (altı manat altmış üç qəpik)cərimə borcu olmaqla, cəmi borcu 2662.14 AZN (iki min altı yüz altmış iki manat on dörd qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 46.63 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh1, zaminlər– X2 oğlu və Cavabdeh2, Cavabdeh4) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı güzəştli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 3592 AZN (üç min beş yüz doxsan iki manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1, TuranBank ASC və X2 oğlu və Cavabdeh2, Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli 7415/F-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 2642.09 AZN (iki min altı yüz qırx iki manat doqquz qəpik) əsas, 13.42 AZN (on üç manat qırx iki qəpik) faiz, 6.63 AZN (altı manat altmış üç qəpik)cərimə borcu olmaqla, cəmi borcu 2662.14 AZN (iki min altı yüz altmış iki manat on dörd qəpik) təşkiledir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalan digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək və etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 Cəlal qızı məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1% faiz olmaqla 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 3592 (üç min beş yüz doxsan iki) manat məbləğində kredit verilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 46.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı ilə digər cavabdeh X2 oğlu, Cavabdeh2, Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7415/F-19 saylı zaminlik müqavilələrinə görə zamin X2 oğlu, Cavabdeh2, Cavabdeh4 borclu Cavabdeh1 iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 2642.09 manat, faiz borcu kimi 13.42 manat, cərimə borcu kimi 6.63 manat olmaqla, ümumilikdə 2662.14 manat pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməli, cavabdehlər Cavabdeh1 Cəlal oğlu, Cavabdeh2, X2 və Cavabdeh4 Cəlal qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 2642.09 manat (iki min altı yüz qırx iki manat doqquz qəpik) əsas, 13.42 manat (on üç manat qırx iki qəpik) faiz, 6.63 manat (altı manat altmış üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 2662.14 manat borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.63 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Cəlal oğlu, Cavabdeh2, X2 və Cavabdeh4 Cəlal qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli, İK № 7415/F-19 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 2642.09 manat (iki min altı yüz qırx iki manat doqquz qəpik) əsas, 13.42 manat (on üç manat qırx iki qəpik) faiz, 6.63 manat (altı manat altmış üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 2662.14 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi ilə bağlı 46.63 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2420/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2420/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver