Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2431/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4033 (dörd min otuz üç) manat 37 qəpik məbləğində kredit borcu, 51 (əlli bir) manat 71 qəpik faiz borcu, 2232 (iki min iki yüz otuz iki) manat 86 qəpik cərimə borcu olmaqla, cəmi 6317 (altı min üç yüz on yeddi) manat 94 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 83 (səksən üç) manat 18 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC Cavabdeh ilə xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 4033 (dörd min otuz üç) manat 67 qəpik məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 0.3 manat ödəniş etmiş və onun iddiaçıya 4033.37 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 584 gün üçün hesablanmış faiz borcu 51.71 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 % məbləğində cərimə ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4033 (dörd min otuz üç) manat 37 qəpik məbləğində kredit borcu, 51 (əlli bir) manat 71 qəpik faiz borcu, 2232 (iki min iki yüz otuz iki) manat 86 qəpik cərimə borcu olmaqla, cəmi 6317 (altı min üç yüz on yeddi) manat 94 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 83 (səksən üç) manat 18 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 4033 (dörd min otuz üç) manat 67 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh banka olan borcu 4033 (dörd min otuz üç) manat 37 qəpik məbləğində kredit borcu, 51 (əlli bir) manat 71 qəpik faiz borcu, 2232 (iki min iki yüz otuz iki) manat 86 qəpik cərimə borcu olmaqla, cəmi 6317 (altı min üç yüz on yeddi) manat 94 qəpik məbləğində təşkil edir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 83 (səksən üç) manat 18 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir İş materiallarında olan MAPS arayışdan məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cavabdeh üzərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 4033.37 manat əsas məbləğ üzrə borca 2232.86 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 32.86 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 4033 (dörd min otuz üç) manat 37 qəpik məbləğində kredit borcu, 51 (əlli bir) manat 71 qəpik faiz borcu, 32 (otuz iki) manat 86 qəpik cərimə borcu, cəmi 4117 (dörd min yüz on yeddi) manat 94 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 83 (səksən üç) manat 18 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 83 (səksən üç) manat 18 qəpik məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4033 (dörd min otuz üç) manat 37 qəpik məbləğində kredit borcu, 51 (əlli bir) manat 71 qəpik faiz borcu, 32 (otuz iki) manat 86 qəpik cərimə borcu, cəmi 4117 (dörd min yüz on yeddi) manat 94 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 83 (səksən üç) manat 18 qəpik məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2431/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2431/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver