Məhkəmə qərarları › İş №e-2(027)-2462/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2462/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2462/2022 30.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. Kiçik mübahisələrə üzrə iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ünvanı Xaçmaz rayonu, Amsar-Qışlaq kəndidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı ASC-nə ikinci dəfə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair kiçik mübahisələr üzrə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC-nə izah edilsin ki, ümumi qaydada ikinci dəfə Xaçmaz Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar