Məhkəmə qərarları › İş №e-2(027)-25/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-25/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-25/2022 15.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh Abbasquqlu qızı və Zamin qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin qızından 619 (altı yüz on doqquz) manat əsas borc, 186 (bir yüz səksən altı) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən «Sunny Electronics» mağazasında sahibkarlıq fəaliyyəti göstərən kreditor İddiaçı ilə borclu Cavabdeh arasında 28 dekabr 2013-cü il tarixdə 13072 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün kreditor İddiaçı ilə digər borclu Zamin arasında 28 dekabr 2013-cü il tarixdə 13072/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borclu aldığı 1849 manat məbləğində mal(İar)ın (aspirator, paltaryuyan, qaz üstü, künc) dəyərini hər ay mütəmadi olaraq ödəməli olduğu halda, borcun ödənilməsini tam təmin etməmişdir və alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə küm borclu Cavabdeh 619 manat məbləğində əsas, 186 manat məbləğində cərimə borcu yaranmışdır. Borclulara pulu ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Borcluların bu hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul borclular tərəfindən verilmədiyi üçün dövriyyəni çoxalda bilmir. Bu səbəbdən də o pozulmuş hüquqlarımın bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gələrək cavabdehlər Cavabdeh və Zamin qızından 619 (altı yüz on doqquz) manat əsas borc, 186 (bir yüz səksən altı) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək bildirmişdi ki, 28 dekabr 2013-cü il tarixdə 13072 saylı alqı-satqı müqaviləsi əsasında məişət avadanlığlarını alıb və üzrinə düşən öhdəliyi tam ödəyib, lakin ödənilmiş pullara dair qəbzlari saxlamayıb və hal-hazırda iddiaçıya borcu yoxdur. İş üzrə cavabdeh Zamin qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Zamin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Zamin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 28 dekabr 2013-cü il tarixdə 13072 saylı alqı- satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 1849.00 manat məbləğində mal almış, 400 manat ödəniş etdikdən sonra qalan 1649.00 manat məbləğini hissəhisə 24 ay müddətinə, hər ayın 28-nə kimi ödəniş cədvəlinə müvafiq ödəniş etməyi öhdəsinə götürüb. İş materiallarında olan 28 dekabr 2013-cü il tarixli, 13072 saylı alqı-satqı müqaviləsinin öhdəliklərinin təminatı məqsədilə İddiaçı ilə Zamin arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, 13072/1 saylı zaminlik müqaviləsinə əsasən, borclunun müqavilədən irəli gələn öhdəliklərini təmamilə icra etməsi üçün zamin satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh alqısatqı müqaviləsi üzrə 619 (altı yüz on doqquz) manat əsas borc, 186 (bir yüz səksən altı) manat cərimə borcu olmaqla, cəmi 805 (səkkiz yüz beş) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 1849.00 manat məbləğində mal verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş üzrə Cavabdeh Azər Poçt 2 saylı poçt filialının 102 saylı Poçt şöbəsinin rəhbərliyinə etdiyi müraciətin surətindən görünür ki, o, xx.xx.2013-cü il tarixdə “Sunny Elektroniks” mağazasından nisyə alqı-satqı müqaviləsi əsasında məişət əşyaları götürüb. "Sunny Elektroniks” mağazasının əməkdaşı X4 və X2 onun kredit ödənişinin vaxtında ödənilməsi üçün əlaqə saxlamışdır. O da öz növbəsində bəzi ödənişləri işdən icazə alıb dükana gedərək ödəyə bilmədiyi üçün, ödənişin vaxtı keçməsin deyə mağazanın rəhbərlik poçt şöbəsi vasitəsilə həmin əməkdaşın, X3 və X1 adına göndərib. Hal-hazırda mağaza heç bir ödəniş edilmədiyini əsas gətirərək onu məhkəmə vermişdir. Odur ki, onun öz adından 2014-2015-ci illər ərzində Azər Poçt 2 saylı poçt filialının102 saylı Poçt şöbəsinin rəhbərlik etdiyi poçt şöbəsi vasitəsilə ölkədaxili göndərilən pul vəsaitləri barədə ona rəsmi məlumat verməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh nisyə mal almaq, malın dəyərini 24 ay müddətinə ödəmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında nisyə götüdüyü malın dəyərini həmin müqavilə ilə müəyyən edilmiş ödəniş cədvəlinə müvafiq hissə-hisə 24 ay müddətinə, hər ayın 28-nə kimi ödəniş etməyi öhdəsinə götürüb. Lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malı nisyə almasına dair hüququndan istifadə etmiş, müəyyən edilmiş vəsaitin bir hissəsini icra etsə də, qalan hissəni tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ona olan borcunu tələb etməkdə haqlıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 470.1 -ci müqaviləsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3,-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan xx.xx.2013-ci il tarixli, 13072/1 saylı zaminlik müqaviləsinə əsasən Zamin iddiaçı qarşısında öhdəliklərini təmamilə yerinə yetirilməsi üçün borclu ilə eyni məsuliyyəti üzərlərinə götürmüşdür. Hazırki işdən də görünür ki, iddiaçı ərizə ilə məhkəməyə 2018-ci ildə müraciət etmişdir. Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da iddiaçı zaminə qarşı xx.xx.2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanunuvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Göründüyü kimi zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Lakin işin hallarından da göründüyü kimi, iddiaçı tərəfindən iddia zaminə münasibətdə qanunla müəyyən edilmiş müdətdə qaldırılmamışdır. Bu baxımdan, iddia tələbi Zamin dair hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh 619 (altı yüz on doqquz) manat əsas borc, 6 (altı) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 619 (altı yüz on doqquz) manat əsas borc, 6 (altı) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar