Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2565/2022 13.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1 ünvanı Bakı şəhəri, Yasamal rayonu, AK. Qarayev küçəsi ev 37, Cavabdeh2 ünvanı Lənkar şəhəri, B.Mirsalayev küçəsi, ev 3-dür. Ərizəni və mülki işi nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində və ya Lənkəran şəhər Məhkəməsində baxılmalı olduğundan geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və ya və ya Lənkəran şəhər Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2565/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2565/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver