Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2579/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 22450059 nömrəli müqavilə üzrə əsas borca görə 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli 122054 nömrəli müqavilə üzrə əsas borca görə 700,80 (yeddi yüz manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 70,20 (yetmiş manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 1184 (bir min səksən dörd) manat borcun və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 31,84 (otuz bir manat səksən dörd qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sonuncu 124 (bir yüz iyirmi dörd) manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 53,70 (əlli üç manat yetmiş qəpik) manat ödəmək şərtilə 768,40 (yeddi yüz altmş səkkiz manat qırx qəpik) manat dəyərində “Samsung Galaxy A32” markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 70 manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 58,40 (əlli səkkiz manat qırx qəpik) manat ödəmək şərtilə 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) manat dəyərində “X1” markalı televizor almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 700,80 (yeddi yüz manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 70,20 (yetmiş manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1184 (bir min səksən dörd) manat borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə MMC arasında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30,19 (otuz manat on doqquz qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli 22450059 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 124 (bir yüz iyirmi dörd) manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 53,70 (əlli üç manat yetmiş qəpik) manat ödəmək şərtilə 768,40 (yeddi yüz altmş səkkiz manat qırx qəpik) manat dəyərində “Samsung Galaxy A32” markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli 122054 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 70 manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 58,40 (əlli səkkiz manat qırx qəpik) manat ödəmək şərtilə 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) manat dəyərində “X1” markalı televizoru Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilələrin şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixli 22450059 nömrəli müqavilə üzrə əsas borca görə 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli 122054 nömrəli müqavilə üzrə əsas borca görə 700,80 (yeddi yüz manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 70,20 (yetmiş manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 1184 (bir min səksən dörd) manat borc hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 31,84 (otuz bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 31,84 (otuz bir manat səksən dörd qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 22450059 nömrəli müqavilə üzrə əsas borca görə 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli 122054 nömrəli müqavilə üzrə əsas borca görə 700,80 (yeddi yüz manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 70,20 (yetmiş manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə hesablanmış 1184 (bir min səksən dörd) manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 31,84 (otuz bir manat səksən dörd qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2579/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2579/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver